Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xərçəngə yoluxmuş prezidentlər – SİYAHI

Sağalmaz xəstəliklərə düçar olan dövlət başçıları və onların həyat hekayəsi…
Son günlər dünya mediasının ən çox müzakirə etdiyi xəbərlərdən biri heç şübhəsiz ki, Rusiya prezidenti Vladimir Putinin ağır xəstəliyə düçar olması xəbəridir. ABŞ-ın “New York Post” jurnalı Rusiya prezidenti Vladimir Putinlə bağlı sensasiyalı məlumat yayıb. ABŞ dərgisi Putinin ağır xəstəlikdən əziyyət çəkdiyini, ona mədəaltı vəzinin xərçəngi diaqnozu qoyulduğunu xəbər verib.
Müəllif Riçard Conson qeyd edir: “Belə bir şayiə gəzir ki, Vladimir Putinin Ukraynaya müdaxiləsinin arxasında onun xərcəng xəstəliyinə tutulması dayanır.
Belarus və Polşadakı məlumatlı mənbələr artıq bir neçə aydır ki, Rusiyanın güclü adamının (Putinin) onurğa beynində xərçəng olması barədə xəbərlər yayırlar. Ancaq mənim etibarlı mənbələrim bildirir ki, onun xəstəliyi mədəaltı vəzinin xərçəngidir. Gələn digər xəbərlərə əsasən, Putini Almaniyadan olan 84 yaşlı bir həkim müalicə edir.
Həmin həkimlə Putin hələ o, DTK-da işlədiyi zaman Drezdendə tanış olublar. Müalicə həkimi steroidlər də daxil olmaqla, müxtəif növ prosedurlardan istifadəyə baş vurub. Elə məhz həmin dərmanların təsirindəndir ki, hərdən Putinin üzündə şişkinlik açıq şəkildə müşahidə olunur».
Böyük Britaniyanın veteran kəşfiyyatçısı Krispin Blek deyir ki, Putinin xərçəngə tutulması şayiəsi yenidən güclənmiş şəkildə gündəmə qayıdıb.
Amma Putinin mətbuat katibi Dmitri Peskov bəzi xarici KİV-lərin Rusiya prezidentinin ağır xəstə olması barədə yaydıqları məlumatı təkzib edib.
Bununla belə, mövzu hələ də gündəmdədir və aktuallığını saxlayır. Birincisi, ona görə ki, xəbər yetərincə nüfuzlu nəşrdə dərc edilib. İkincisi isə prezidentlərlə bağlı bu sayaq xəbərlər hər zaman gündəmdə olub. Onların xəstəliyi, geyimi, yeməyi, ailə münasibətləri, sevgi macəraları….
4 dəfə əməliyyat, uzun sürən xəstəlik və ölüm…
Bunları nəzərə alan TƏBİB.AZ bu günə qədər xəstələnən, barəsində xəstəlik xəbəri çıxan, müalicə olunan, eləcə də xəstəlikdən dünyasını dəyişən prezidentlərin siyahısını və hekayəsini təqdim edir.
2013-cü ilin 6 martında Venesuela prezidenti Uqo Çaves onkoloji xəstəliyin fəsadlarından vəfat edib. Martın 5-də öncə Uqo Çavesin səhhətinin pisləşməsi barədə xəbər yayılıb, bundan sonra isə Venesuela hökumətinin təcili iclası keçirilib. İclasa Uqo Çavesin xələfi Maduro sədrlik edib. Uqo Çaves 2012-ci ilin dekabrın əvvəlində Kubada onkoloji xəstəliklə bağlı əməliyyat olunub. Xərçəng xəstəliyi onda 2011-ci ilin ortalarında aşkar edilib.
Əməliyyatdan sonra 2 ay o, Havana xəstəxanasında müalicə kursu keçib, fevralın ortalarında isə qəfil Karakasdakı hərbi hospitala köçürülüb. 2011-ci ildə xərçəng xəstəliyindən əziyyət çəkdiyi müəyyənləşən Çaves 4 dəfə cərrahiyyə əməliyyatı keçirsə də, ölümdən qaça bilmədi.
Amma U.Çavesin xəstəlik xəbəri ilk gündən etibarən mediadan və ictimaiyyətdən gizlədilməyib. Onun müalicəsi ilə bağlı mediaya təfərrüatlı olmasa da, məlumatlar çatdırılıb. Müalicə dönəmində isə Qərb mətbuatında onun ölümü ilə bağlı dezinformasiyalar geniş yer tutub.
Sərkisyanın xəstəliyi səfiri işsiz qoydu
2014-cü ilin fevralında Ermənistan pezidenti Serj Sərkisyanın ağır xəstə olması və xəstəliyini gizlətməsi məsələsi ciddi müzakirələrə səbəb olub.
Qalmaqal Serj Sərkisyanın Cənubi Koreyada lif hüceyrələri ilə müalicə alması barədə xəbər yayılmasından sonra başlayıb. Belə ki, Cənubi Koreyanın chosun.com saytının yanvarın sonlarında yaydığı məlumata görə, Serj Sərkisyan bu ölkədə bir həftə vaxt keçirib və lif hüceyrələri ilə müalicə alıb.
Əslində cidd-cəhdlə gizlədilən məlumat ortaya çıxıb və erməni mətbuatı da bu barədə yazmağa başlayıb. Bundan sonra prezidentin mətbuat xidməti də məlumatı təsdiq etməyə məcbur olub. Lakin Serj Sərkisyan məsələni bu yerdə qoymayıb və geri qayıdan kimi məsələnin Koreya mətbuatına çıxmasında günahkar saydığı səfir Armen Sərkisyanı cəzalandırıb. Hətta baş nazir Tiqran Sərkisyanın qardaşı olması da ona yardım edə bilməyib. Serj Sərkisyan bununla kifayətlənməyib və Ermənistan milli təhlükəsizlik xidmətinin rəis müavini Romik Arutunyanı da işdən çıxarıb. Prezident bu addımlarına heç bir səbəb göstərməyib.
Tarixin tozlu qatlarında qalan daha bir xəstəlik xəbəri isə 1985-1989-u illərdə ABŞ prezidenti olmuş Ronald Reyqana aiddir. Prezident olduğu dönəmdə onda alsqeymer xəstəliyinin əlamətləri olub. Bu barədə “Atamın 100 yaşı var” adlı kitabda onun oğlu Ron Reyqan yazıb. Xəstəliyin ilk əlamətləri 1984-cü ildə seçki debatları zamanı müşahidə edilib. Opponenti Volter Mondeyllə debat zamanı Reyqan bəzi adları və faktları yaddan çıxarıb.
Amma xəstəliklə bağlı dəqiq diaqnoz 1994-cü ildə qoyulub. Həmin vaxt o, artıq prezidentlik müddətini başa vurmuşdu. Ronald Reyqan 93 yaşında, məhz bu xəstəlik nəticəsində dünyasını dəyişib.
Xatırladaq ki, alsqeymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir.
Xərçəng prezidentləri “sevir”
Bu günə kimi xərçəng xəstəliyinə düçar olan prezidentlər də az deyil. Araşdırma göstərir ki, məlum xəstəlikdən əziyyət çəkən prezidentlər daha çox Cənubi Amerika ölkələrinin liderləridir. Bir-birinin ardınca amansız xəstəliyə tutulan prezidentlər bunun səbəbini müxtəlif cür izah etməyə çalışırlar.
Kolumbiyanın prezidenti Xuan Manuel Santosun prostat vəzində olan xərçəngdən əziyyət çəkdiyi məlum olub. 61 yaşlı prezidentin məhz bu xəstəlikdən əməliyyat olunacağı deyilirdi.
Bu xəstəliyə tutulan Cənubi Amerika prezidentlərinin sayı 6-ya qədər olub. Onların sırasında Braziliya lideri Dilma Ruzef, Argentina prezidenti Kristina Fernandez de Kirçner, Paraqvay prezidenti Fernando Luqo da var. Yuxarıda da qeyd etdiyimiz kimi, Venesuelanın mərhum prezidenti Uqo Çaves dörd dəfə xərçəngdən əməliyyat edilsə də, sağalmaz xəstəlik onun ölümünə səbəb oldu.
Braziliyanın keçmiş prezidenti Luis İnasio Lula da Silva da xərçənglə mübarizə aparan prezidentlərdəndir. Braziliyanın indiki prezidenti Dilma Ruzef də şiş xəstəliyinin daşıyıcılarındandır. O, 2009-cu ildə xərçəngə yoluxub.
Argentina prezidenti Kristina Fernandez de Kirçner bu xəstəlikdən əməliyyat olunub.
Paraqvay prezidenti Fernando Luqo 2010-cu ildə xərçəng olduğunu bilib və hazırda müalicə olunur.
Xərçəngə yoluxan liderlər arasında digər qitənin prezidentləri də var. Polşanın keçmiş prezidenti Voytsix Yaruzelski xərçəng xəstəliyinə tutulub. Xəstəlik Polşanın sonuncu kommunist lideri, 87 yaşlı Yaruzelskidə Varşavadakı hərbi hospitalda müayinə zamanı aşkar olunub.
Misirin devrilmiş diktator prezident Hüsnü Mübarəkin də müayinə zamanı xərçəng xəstəsi olduğu üzə çıxıb. Ona “V dərəcəli xərçəng” diaqnozu qoyub.
2011-ci ildə Türkiyənin o zamankı baş naziri Ərdoğanın da xəstəliyi medianın əsas mövzularından biri oldu. Baş nazir həmin vaxt laparoskopik əməliyyat keçirdi. Media əməliyyatın onun öd kisəsində aparıldığını yazdı. Daha bir ehtimal isə onun kolin xərçəngi olması idi.
Xəstəliyi ilə barışmadı və… biabır oldu
Bu ilin martında Kolumbiya prezidenti Xuan Manuel Santos Kalderon Barrankilya şəhərində tərəfdarları qarşısında çıxış edərkən şalvarını batırıb. Bu hadisə barədə “Daily Mail” qəzeti məlumat və videokadrlar yayıb. Bildirilir ki, bu olaydan sonra nəzərlər xərçəng xəstəliyindən əziyyət çəkən və əməliyyat keçirən prezidentin səhhətinə yönəlib. 2012-ci ildə Kolumbiya prezidentində xərçəng xəstəliyi aşkarlanıb və həmin il o, əməliyyat olunub. Kalderon bildirib ki, bədxassəli şiş metastaz verməyib. Həkimlər prezidentin tam sağalmaq ehtimalını 97 faiz qiymətləndiriblər.
Azərbaycan təcrübəsinə gəldikdə isə prezidentlərin xəstəliyi ilə bağlı faktlar bizim tarixdən də yan keçməyib. Mərhum prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyev uzun sürən xəstəlikdən sonra dünyalarını dəyişiblər. Amma hər iki halda ictimaiyyət bununla bağlı məhdud olsa da, məlumatlandırılıb.


Tarix: 26.01.2015 / 11:18 Müəllif: Aziza Baxılıb: 208 Bölmə: Xərçəng
loading...