Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Son gecədir bu gün yenə
Son gecədir bu gün yenə

Son gecədir bu gün yenə,
Sabah yenə son səhər.
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər...

Axırıncı ağacdır bu,
Əsir sonuncu külək.
Bağlayıb sonuncu yolu
Yenə sonuncu fələk...

İndi son küçə üstünə
Yağacaq son addımlar.
Yenə dönəcəklər tinə
Sapsarı son adamlar...

Doğulur sonuncu insan,
Sonuncu insan ölür.
Yenə son dəfə ağlayan
Son dəfə gülən olur...


Tarix: 01.06.2015 / 11:24 Müəllif: Aziza Baxılıb: 110 Bölmə: Vaqif Səmədoğlu
loading...