Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsgər ölümü

Hərbiyə göndərdi ana oğlunu
Vətənin qorusun, xidmətin çəksin.
Dövlətə əmanət etdi oğlunu
Ürəyi onunla, ruhu onunla

O əsgər vətəni qorumaq üçün
Qarabağı vətənə qaytarmaq üçün
Canını hərbiyə fəda edərdi
Düşmən əliylə ölməyi qürur bilərdi.

O hardan biləydi öz vətəndaşı
Bir yerdə olduğu hərbi yoldaşı
Onun həyatını puç edəcəkdi
Döyərək, vicdansız öldürəcəkdir.

Əsgəri öldürdün, dünyadan getdi,
Anasının həyatı puç oldu, bitdi.
Ceyhun da həyatdan doymadan getdi
Anasının həyatı bundan sonra bitdi…


Tarix: 26.12.2014 / 16:59 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: VƏTƏN ŞEİRLƏRİ
loading...