Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbriz haqqında şeir

Deyirlər çox gözəl şəhərsən Təbriz,
Səni görmək üçün göynər gəlbimiz.
Nə qədər həsrətlə yaşamışıq biz ?
Vətənin ikinci yarısı Təbriz.

Diddilər, böldülər Azərbaycanı,
Çaydan bəri qaldı ikinci canı,
Töküldü nə qədər igidin qanı,
Sağalmır Vətənin yarası Təbriz.

Tarixin yaddaşı unudulmazdır,
Kim bilir,ömrü də çoxdur, ya azdır.
Bir üzü qaradır, biri bəyazdır,
Səndən uzaq olsun qarası,Təbriz.


Tarix: 26.12.2014 / 16:57 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: VƏTƏN ŞEİRLƏRİ
loading...