Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xocalı faciəsi il dönümü

26 fevral 1992-ci il.
Bu elə bir tarix ki,
Anılacaq hər bir an.
Aylar, illər ötsə də,
Yandıracaq, yaxacaq,
Nə qəzəb soyuyacaq,
Nə də qələm susacaq.
Şəhid ruhu nifrətlə
Bizdəki laqeydliyə,
Şahidlərə baxacaq.
Mən özüm də bir şahid,
Şayiələr baş alır,
Ürək dolur, boşalır,
Tüstülənən bacalar,
Yurd-yuvalar boş qalır.

Xəbər var Xocalıdan,
Eşidirik ekrandan:
Elə itkimiz yoxdur,
İki nəfər ölübdü.
Daha deyən yoxdu ki,
Büsbütüncə bir elin
Nur çırağı sönübdü.
Faciənin miqyası
Məxfi saxlanır xalqdan!

Xadimlər, xainlərdə
Vəhşətə bax, vəhşətə,
Dəhşətə bax, dəhşətə!
Bu fəlakət, faciə
Türkə ləkədir, ləkə!

Silinib yer üzündən,
Xarabadı bir şəhər,
Səpələnib səngərə
Pərən-pərən meyitlər,
Qoca, cavan, körpələr,
Açmayaydı kaş səhər!

Süngülərin ucunda,
Ölümündən bixəbər,
Anasının döşündən
Süd yerinə qan əmər
Allah, çağa, südəmər!

Sülhdən dəm vuran köpək
Sərgərdan səngərdəsən,
Düşünmə sərkərdəsən,
Fahişəsən, faşistsən,
Ondan da beşbetərsən,
Düşük düşmənsən, düşmən!
Sərkərdə qisas almaz
Körpədən, südəmərdən!

Nə olsun ki, Bakıda
Ucalıbdı abidə,
Bu da bir təsəllimi?
Bu müsibət, bu dəhşət
Bəşər üçün bəllimi?
Xocalıda soyqırım
Məgər məcazidirmi,
Yoxsa ki, cüzidirmi
Xatın faciəsindən?!

Quduzlaşmış köpəkdən
Bu qisas alınmasa,
Qanına bulanmasa
Yer alışar, göy yanar,
Qan ləkəsin qan yuyar!
Bizə bir fayda gəlməz
Nə ATƏT- dən, nə itdən.
Yumruğunu yum, əsgər,
Düz üstünə cum, əsgər.
Canavarın ağzını
Birdəfəlik yum, əsgər!
Yum ki, yumulu qalsın,
Qoy əbədi dərs alsın!
Şəhidlərin ruhundan,
Viran olmuş şəhərin
Tək quruca adından,
Xocalıdan xoflansın!
Qeybətin vaxtı keçdi,
İndi qeyrət vaxtıdı!
Hekayətlər bəs eylər,
İndi heyrət vaxtıdı!
Baxma gözə, nə qaşa,
Çək qılıncı, çax başa,
Qəhrəmanlıq vaxtıdı!
Axsın aşotun qanı,
Ağlasın Arsax daşı!
Heyran olsun əsgərim
Səndəki bu şücaətə
Heyvərələr, heybətlər!

Daş quyuya atılsa
Dərinlikdə səs eylər.
Daşı atdım hədəfə
Təkrarən, dəfə – dəfə,
Dedim bəlkə bəs eylər.
Səslənək qaval, dəfə,
Çaldıq, oynadıq, yetər.
Gəl düşünüb – daşınaq,
Daş – qalağıq, a qardaş.
Belə laqeydlik olmaz
Xocalı faciəsinə!!!


Tarix: 26.12.2014 / 16:42 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: VƏTƏN ŞEİRLƏRİ
loading...