beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlıq dövründə siqaret tüstüsünə məruz qalma (passiv siqaret çəkmə) uşaqsalma (abort) riskini artı

ABŞ alimləri sübut etmişlər ki, uşaqlıq dövründə tütün tüstüsünün təsirinə məruz qalmış qadınlar gələcəkdə yüksək uşaqsalma (abort, düşük) riski ilə qarşılaşır.
Tütün tüstüsünün uşaq orqanizminə və inkişaf etməkdə olan dölə əvvəllər də məlum olan zərərli təsirlərindən

az çəki ilə doğulma, anadangəlmə anomaliyalar, astmanı göstərmək olar. Lakin passiv siqaret çəkmənin (yanında siqaret çəkilməsi zamanı tütün tüstüsünə məruz qalma) hamiləliyin gedişinə təsirini sübut etmək alimləra ilk dəfə müyəssər olmuşdur.
Miçiqan Universitetinin Səhiyyə Məktəbinin əməkdaşlarının apardığı tədqiqatda Boston şəhərinin süni mayalandırma klinikalarında müalicə kursu keçən 2162 nəfər hamilə qadın iştirak etmişdir. Müəyyən olunmuşdur ki, uşaqlıqda tütün tüstüsü təsirinə məruz qalanlarda hamiləliyin arzuolunmaz nəticələri daha çoxdur. Bu zaman hər iki valideyni də siqaret çəkən qadınlar daha çox riskə məruz qalmışdır. Ümumilikdə siqaret çəkən ailələrdə böyümüş qadınlarda əlavə düşük riski 80% təşkil etmişdir.
Tədqiqatın müəllifi Con Miker belə hesab edir ki, bu hadisəni dəqiqliklə sübut etmək üçün daha geniş araşdırma aparmağa ehtiyac var, ancaq elə bu tədqiqatda alınan nəticələr də ətraf mühitin zərərli amillərinin uşaq orqanizminə, xüsusilə də onun reproduktiv (çoxalma) orqanlarına təsirinin uzunmüddətli olduğunu isbat etməyə kifayət edir. Bundan əlavə, çoxdan məlumdur ki, tütün tüstüsünün tərkibində reproduktiv sağlamlığa olduqca zərərli olan bir sıra maddələr, o cümlədən qurğuşun, kadmium və benzol birləşmələri vardır.


Tarix: 07.01.2013 / 19:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 309 Bölmə: Umumi Xestelikler