Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çiçəkdən göyçək (uşaq şeiri)

Elvin gedib bağçadan,
Dərdi bir dəstə çiçək.
Dedi, yəqin bunları
Nərmin sevinər görcək.

Tez- tələsik yüyürdü
Bacısının yanına,
Oyuncaqlar Nərminin
Daraşmışdı canına.

Elvinin əllərində
Başını əydi çiçək,
Nərmin baxıb gülürdü,
Özü çiçəkdən göyçək.


Tarix: 26.12.2014 / 18:01 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: UŞAQ ŞEİRLƏRİ
loading...