Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birinci qar

Dağlara qar yağdı bu gün,
Birinci qar,birinci qar!
Hər bir tərəf ağdı bu gün,
Çölə çıxın,ay uşaqlar!

Geyiminiz isti,qalın,
Şaxta sizə neyləyəcək?
Qar üstündə ilk iz salın,
Gəlin görək,gəlin görək!

İşə salın xizəkləri,
Buz üstündə axın,keçin!
Birinci qar,qış səhəri
Nə gözəldir,baxın keçin!

Yadınızdan çıxmasın ha,
Qartopu da ay uşaqlar!
Doğurdan da,bunsuz daha
Nəyə lazım birinci qar?

Yurdun xoşbəxt balaları,
Nəğmə deyin quşlar kimi.
Sevin qışı,sevin qarı
Allı-güllü bahar kimi.
Birinci qar, birinci qar!


Tarix: 26.12.2014 / 18:00 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: UŞAQ ŞEİRLƏRİ
loading...