Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kələm tutması

Ərzaqlar:

10 kq kələm
4 ədəd qırmızı çuğundur
3 ədəd acı bibər
3-4 baş sarımsaq
1 dəstə kərəviz
1 dəstə şüyüd (Əgər quru şüyüd başı və quru kərəviziniz varsa ondan tökə bilərsiniz)
Quru reyhan
Duz

Hazırlanması:
Kələmi doğrayırıq.
Çuğunduru sürtgəcin böyük gözündən keçiririk.
Göyərtiləri doğrayırıq.
Sarımsağı qabığından təmizləyib yuyuruq. Acı bibəri yuyuruq.
Şüşə banka ya da tuj qazan götürürük. Əvvəl kələmdən tökürük sonra üstünə göyərtilər, reyhan qurusu, acı bibər və çəkilmiş çuğundur səpirik.
Eyni qayda ilə hamısını qat-qat yığırıq. Ya da istəsəniz böyük qabda hamısını qarışdırıb qaba yığa bilərsiniz.
Duzlu su düzəldirik 1 litrlik bankaya 3 x.q duz töküb qarışdırırıq. Sonra suyu kələmin üstünə tökürük. Bu şəkildə ağzından 3-4 barmaq aşağı olanadək duzlu su tökürük.
Tutma 2 həftəyə tutulacaq.

Nuş olsun!


Tarix: 24.11.2014 / 11:07 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Turşular
loading...