Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Badımcan Turşusu

İçi doldurulub sirkəyə qoyulmuş badımcan

Xırda nazik badımcan

Sarımsaq

Keşniş

Şüyüd

Nanə

Reyhan

Tarxun

Duz

Şərab sirkəsi


Göyərtini yuyub, doğrayın. Doğranılmış sarımsağı göyərtiylə qarışdırın, duz əlavə edin.

Xırda badımcanları saplaqdan təmizləyib uzununa yarın, oraya duz səpin. 0,5 saat saxlayın, sonra badımcanları yuyun. Suya duz əlavə edib qaynadın. Qaynar suya badımcanları atın. Əgər badımcanlar xırdadırsa, onda onları 2.3 dəq qaynadın. Badımcanlar nə bərk, nə yumuşaq olmalıdırlar. Pörtülmüş badımcan aşsüzənə yığılır, üstünə ağır əşya qoyub 3 saat saxlayırsız. Hazırlanmlş iç badımcanların arasına doldurulur, bankaya yığılıb üzərinə sirkə tökülür. Bankanı bağlayıb soyuq yerə qoyun.

1,5 aya badımcanlar yetişir.

Nuş olsun!


Tarix: 10.12.2012 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 557 Bölmə: Turşular
loading...