Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Suraxanı xalçaları

Suraxanı xalçasıAzərbaycan Xalçaları
Suraxanı xalçaları



Suraxanı xalçaları
Xalça Haqqında Məlumat
Tam adı:Suraxanı xalçaları
Məktəbi:Abşeron xalçaçılıq məktəbi
Növü:Xovlu xalça
Ölkə:Azərbaycan
Toxunması Haqqında Məlumat
Digər Məlumatlar


Suraxanı xalçaları – Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər


Ümumi məlumat

"Suraxanı xalçaları" öz adını Bakı şəhərindən 20 km aralı məsafədə yerləşən Suraxanı qəsəbəsinin adından almışdır. Hələ çox- çox qədimdən neft yataqları və atəşgahları ilə məşhur olan Suraxanıda, Xilə (Əmircan) kəndində, həmçinin Qala və Türkan qəsəbələrində (buradakı xalçalar Suraxanı xalçalarının təsiri ilə inkişaf edirdi) istehsal olunan xalçalar yüksək kefiyyətli xalçalar hesab olunur.

Bədii analiz

Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu "Suraxanı xalçaları" müxtəlif kompozisiyalarla toxunmuşdur. Toxunuş və naxış üslublarına görə bu xalçalar beş əsas üsulla toxunmuşdur.

Birinci üsul:

Birinci üsulla toxunan "Suraxanı xalçaları"nın orta sahəsi şaquli hissədə yerləşdirilmiş bir neçə (daha çox üç) səkkizbucaqlı medalyondan ibarətdir. Qocaman toxucular bu medalyonları "Xonça" adlandırırlar. Medalyonlar dişli çıxıntılarla əhatə edilmişdir. Bu medalyonlar "xonçanın" qotazları hesab edilir.

İkinci üsul:

İkinci üsulla toxunmuş "Suraxanı xalçaları"nı xalçaçılarımız "Sacayağı" adlandırırlar. Bu üsulla toxunmuş xalçaların orta sahəsinin gölləri səkkizguşəli formada olub "Salyan xalçaları"nın göllərini xatırladır. Bu göllərin yuxarı və aşağı hissələrində düz bucaq altında yerinə yetirilmiş naxışlar var. Bir-birinə tərəf çevrilmiş bu naxışlar kvadrat əmələ gətirir və həmin kvadratlar xalçanın bütün hündürlüyü ilə ritmik şəkildə təkrarlanır. Xalçaçılar bu naxışları "Sacayaq" adlandırır və bu üsulla toxunmuş xalçalarıda bu adla adlandırırlar.

Orta sahənin kənarları boyunca şaquli yerləşmiş bəzək naxışları hesab olunan butalar Bakı xalçaları"na və xüsusilə "Xilə-buta xalçaları"na məxsusdur. Bu butaları digər "Suraxanı" xalçalarında da görmək olar.

Üçüncü üsul:

Orta sahəsi həndəsi formalı nəbati naxışlarla bəzənən xalçalar "Suraxanı xalçaları"nın üçüncü üsul xalçalarını təşkil edir.

Dördüncü üsul:

"Suraxanı xalçaları"nın dördüncü üsuluna "Gölbəndlik xalçaları" aid edilir. Bu kompozisiyada mərkəzi göllər kiçik formalı olub şaquli xətt boyunca bir tam olaraq birləşirlər.

Beşinci üsul:

"Xilə-buta" və "Suraxanı" xalça naxışlarının qarışdığı xalçalar "Suraxanı" xalçalarının beşinci üsulunu təşkil edir. Xalçanın orta sahəsində pilləli göllər yerləşir. Onların dörddə bir hissəsi orta sahənin künclərində təkrarlanır və bu, Bakının "Xilə-buta" xalçalarının əsas xarakterik xüsusiyyəti hesab olunur. Sərbəst yerlərdə üslublaşdırılmış butaların üz-üzə çevrilmiş cüt təsvirləri toxunmuşdur.

"Suraxanı xalçaları"nın köbə zolağı adi orta haşiyədən - "şarlama", "qeysibişah" adlanan zəncirədən və "qəyçi" adlanan kiçik haşiyədən ibarətdir. "Suraxanı xalçaları"nın əksəriyyəti sakit qammada toxunur. Bu xalçalar üçün xarakterik rənglər açıq və tünd palıdı, tünd abı, ağ və qara rəngdir.[1]

Texniki xüsusiyyətlər

"Suraxanı" xalçalarının ölçüsü təqribən 120x180 sm-dən 150x250 sm-ə qədər dəyişir. Bu xalçaçılıq məntəqəsində əvvəllər uzunsov xalçalar da istehsal olunurdu.

Adi "Suraxanı xalçaları"nda hər kvadrat metrdə 160 min ilmə yerləşir. Xüsusi sifarişlərlə yüksək kefiyyətli, daha sıx toxunuşlu xalçalar istehsal olunmuşdur.


Tarix: 24.03.2013 / 16:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 274 Bölmə: Toxuculuq
loading...