Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qonaqkənd xalçaları

Qonaqkənd xalçaları - Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Quba qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir.Mündəricat
1 İstehsalı
2 Bədii xüsusiyyətləri
3 Texniki xüsusiyyətləri
4 Mənbə
5 Həmçinin bax


İstehsalı

Şəkildə təsvir edilən xalça Qubadan 40km cənubda yerləşən eyni adlı qəsəbənin adını daşıyır. Xalçalar təkcə Qonaqkənddə deyil, Qubanın, Dəvəçinin, Qusarın xalçaçılıq məntəqələrində də istehsal olunur. Sovet dövrünə aid və xarici mənbələrdə bu xalça "Sumax" və ya "Sumaxça" kimi tanınır.

Bədii xüsusiyyətləri

"Qonaqkənd" xalçasının kompozisiyası kontur xətlə yerinə yetirilmiş və şaquli istiqamətdə uzadılmış böyük fiqurlu medalyondan ibarətdir. Onun daxilində səkkizbucaqlı medalyon (göl) yerləşir. Xalçanın mərkəzində dörd künc boyunca uzunsov səkkizbucaqlı göllər yerləşir. Belə medalyonları Qubanın xovsuz "Sumax" xalçalarında və "Köhnə Quba" xalısının naxışlarında görmək olar. Mərkəzi medalyonun çıxıntılı üzlərinə dörd tərəf üzrə piramida təsvirli ornamental formalar verilmişdir. Bu piramidalar öz əsasları ilə sanki köbə zolağına söykənir. Ara sahənin qalan hissələri Quba - Şirvan tipli xalçalara xas olan müxtəlif ölçülü elementlərin sırası ilə örtülmüşdür. Ümumi köbə bir neçə zolaqdan, o cümlədən orta haşiyədən, kiçik haşiyədən, zəncirədən və mədahildən ibarətdir. XVIII əsrdə, xüsusən XIX əsrin ikinci yarısında yarmarkaların genişlənməsi ilə bu xalçanın kompozisiyası böyük ölçülü xovsuz xalçalarda ("Sumax") tətbiq olunmağa başladı.

Texniki xüsusiyyətləri

"Qonaqkənd" xalçalarının ölçüsü 120x180sm-dən 150x250sm-ə qədər dəyişir. Dərbənddə və Dağıstanın cənub rayonlarında 12 kvadrat metrlik xalılar istehsal olunurdu. İlmələrin sıxlığı 40x40 ilmədən 50x60 ilməyə qədərdir (bir kvadrat metrdə 160000 ilmədən 250000 ilməyə qədər). Xovun hündürlüyü 4-6 mm-dir.


Tarix: 24.03.2013 / 16:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 168 Bölmə: Toxuculuq
loading...