Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fəxralı xalçaları

Fəxralı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu xalçalar.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər


Ümumi məlumat

"Fəxralı xalçaları" öz adını Gəncə şəhərindən 25 km şimal-şərqdə, indki Goranboy rayonunun ərazisində yerləşən Fəxralı kəndinin adından almışdır. Bu kənddə hazırlanan xalçalar qədim dövrlərdən Gəncə zonasının ən yaxşı xalçaları kimi məşhurdur. Qocaman xalçaçılar indiyə qədər bu xalçanı "Gəncə fəxri" adlandırırlar. Gəncə xalçaçılıq məktəbinə daxil olan "Fəxralı" namazlıq xalçası öz yüksək bədii xüsusiyyətinə, toxunuşuna görə digər xalça kompozisiyalarından fərqlənir.[1]

"Fəxralı xalçaları" müəyyən zaman ərzində Fəxralı kəndində toxunduqdan sonra ətraf kəndlərdə də toxunulmağa başladı. Əsasən Qaracəmirlikəndində toxunsada Şadılı, Bağçakürd, Çaylı, Borsunlu, Mollabazı, Qaradağlı, Pənahlılar və digər kəndlərdə də istehsal olunurdu. Daha da təkmilləşən "Fəxralı xalçaları"nın getdikcə məşhurluğu artır və eyni zamanda bu xalça toxunulan xalçaçılıq məntəqələrinin sayı da artırdı. Artıq XIX əsrdə "Fəxralı" xalçasını Gəncə mahalının sənətkarları ilə yanaşı hal-hazırda Gürcüstan Respublikasının, Ermənistan Respublikasının Azərbaycan Respublikası ilə həmsərhəd kəndlərində yerləşən xalçaçılıq məntəqələrində də toxunmuşdur. Bu səbəbdən də bir çox xalça ustaları "Fəxralı xalçaları"nı xalçanın istehsal olunduğu bölgəyə uyğun "Gəncə xalçaları", "Çıraxlı xalçaları", "Şamxor xalçaları" adlandırırdılar. Bir çox xarici mənbələrdə, əsasən də alman sənətşünaslarının əsərlərində xalça səhvən "Faxralo" adlandırılır.

Bədii analiz

Fəxralı xalçası, 1825-ci il.


"Fəxralı xalçaları" dini mərasimlərdə, eləcə də namaz qılma mərasimində istifadə olunurduğu üçün əsasən kiçik ölçüdə hazırlanırdı. Bu səbəbdən də "Fəxralı xalçaları" xalq arasında "Çaynamaz" və ya "Ceynamaz" (namaz qılınan yer) kimi də adlandırılmışdır.

"Fəxralı xalçaları"nı əsas halda iki yerə ayırmaq olar: mürəkkəb naxışlı xalçalar, sadə naxışlı xalçalar. Xalçaların orta sahəsinin naxışları sadə və mürəkkəb olsa da, onlar texnoloji cəhətdən bir-birinə çox yaxındır. Sadə naxışlı "Fəxralı xalçaları"nın orta sahəsinin mərkəzində düzbucaqlı formada böyük göl, mürəkkəb naxışlı xalçalarda isə kvadrat və səkkizbucaqlı göllər toxunurdu.

Mürəkkəb naxışlı "Fəxralı xalçaları"nda kərpic, böyük və kiçik "gədəbəylər" (Qubanın "Qədim minarə" xalçasında bu naxış "yelpik" adlanır), "sırğa" və "tuğbaşı" (bayraq) kimi əsas naxışlardan istifadə edimişdir. Mürəkkəb naxışlı xalçalarda isə onların özünəməxsusluğu orta haşiyədə ardıcıl təkrarlanan "çanaqlı bağa" və tısbağa təsviri ilə ifadə olunur. Tısbağa təsvirlərindən Şirvan xalçaçılıq məktəbində toxunan xalçalarda da istifadə edilmişdir.

Sadə naxışlı xalçanın əsas naxışları "sallama" (salxım söyüd) və "ağac"dır. Belə naxışlardan Gəncə xalçaçılıq məktəbini Gəncə qrupuna daxil olan "Gədəbəy xalçaları"nda da istifadə edilmişdir. Sadə naxışlı xalçaların köbə zolaqları Gəncə xalçaçılıq məktəbinin xalçaları üçün səciyyəvi olan adi sadə köbə zolaqlarından ibarətdir.

Texniki xüsusiyyətlər

Kiçik ölçülərdə daha çox istehsal olunduğundan orta ölçülü "Fəxralı xalçaları" çox az hallarda istehsal olunurdu. Bu xalçaların ölçüsü əsas etibarilə çox da böyük olmur.

"Fəxralı xalçaları"nın ölçüləri adi namazlıq xalçalarının ölçüləri ilə eynidir. Bu xalçaların sahəsi 100x150 sm-dən 130x200 sm-ə qədər ölçülər arasında dəyişir.

"Fəxralı xalçaları"da bir kvadrat desimetrdə ilmələrin sıxlığı 30x30 ilmədən 35x35 ilməyə qədər yerləşir. Bir kvadrat metrdə isə 90 min ilmədən 122 min ilməyə təsadüf edilir.

"Fəxralı xalçaları"nda xovun hündürlüyü 6-8 mm-dir


Tarix: 24.03.2013 / 15:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 440 Bölmə: Toxuculuq
loading...