Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qulaqcıqlararası çəpərin qüsuru

Qulaqcıqlararası çəpərin qüsuru – geniş yayılmış və qadınlarda daha çox rast gəlinən, qulaqcıqlararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalmaına səbəb olan anadangəlmə ürək qüsuru xəstəliyi. Bura qapanmamış oval dəlik patologiyası aid deyildir.
Patoanatomiyası

Qulaqcıqlararası çəpərin qüsuru müxtəlif olçüdə olmaqla, hər iki qulaqcıq arasında rabitə yaratmaqla arterial qanın venoz qanla qovuşmasına səbəb olur. Anotomik lokalizasiyasına görə təsnif olunurlar:

lat. ostium sekundum, oval çuxur lat. fossa ovalis nahiyyəsində çox təsadüf edilən qüsur olub, bəzən ikitaylı qapağın prolapsı (sallaq qalması) ilə müşaiyət olunur.
lat. ostium primum, ümumi atrioventrikulyar kanal kimi mürəkkəb qüsurun bir hissəsi sayılır. Adətəh oval çuxurun altında yerləşir.
lat. Sinus venosus – venoz sinus, oval çuxurun üstündə yuxarı boş vena səviyyəsində yerləşir, çox vaxt ağciyər venasının anomaliyası ilə müşaiyət olunur.

Qulaqcıqlararası çəpərin bütün növ qüsurlarında ürəyin saş şöbələrinin və ağciyər arteriyalarının genişlənməsi müşaiyət olunur. Qüsur vaxtında müalicə olunmadıqda, ağciyər hipertenzuyası meydana çıxmış olur. Bu da sonra Eyzenmenger sindromu ilə nəticələnir.
Patofiziologiyası

Qulaqcıqlararası çəpərin qüsuru zamanı sağ qulaqcıqda və ağciyərlərdə təzyiq boyük qan dövranından aşağı olduğundan qan (arterial) soldan sağa atılır. Buna adətən sol-sağ şunt deyilir. Ağciyərlərdə damar sisteminin zədələnməsi nəticəsində təzyiqin artması, sonradan venoz qanın qüsur vasitəsilə sağdan sola atılması, sağ-sol şunt baş verir ki bu da sianoz əlamətlərini üzə çıxarmış olur.
Klinikası

Əksər uşaqlarda qulaqcıqlararası çəpərin qüsuru ikitaylı qapaq çatmamazlığı ilə fəsadlaşmış birinsili qüsur növündən başqa simptomsuz sürür. Yeniyetmə yaşlarında tənginəfəslik, tezyorulma kimi əlamətlər özünü biruzə verir. müalicə olunmadıqda sonrakı dövrlərdə durğun ürək catmamazlığı meydana çıxır.
Diaqnozu

Döş qəfəsinin rentgen müayinəsi: ürəyin ölçüləri xüsusən də sağ qulaqcıq cüzvi böyümüş olur. İkitaylı qapaq çatmamazlığı ilə fəsadlaşmış birinsili qüsurlarda sol mədəcik və sol qulaqcıgın böyüməsi müşahidə olunur.
EKQ müayinəsi: ikincili qüsurlarda QRS vektorunun frontal olaraq sağa və aşağı birinsili qüsurlarda əksinə yuxarı dəyişir. Yaşlılarda qulaqcıqların fibrilyasiyası və ya sirkələnməsi qeyd olunur.
Exokardioqrafiya: adətən rəngli doppler ultrasəs müayinəsində qüsurdan keçən qan axınını – şuntu eləcə də birinsili qüsurlarda ikitaylı qapaqların prolapsında sistola zamanı requrqitasiya – qanın geriyə, sağ qulaqcığa qayıtmasını müəyən etmək olur.
Ürəyin kateterizasiyası: sağ qulaqcıqda oksigenin parsial təyziqi kəskin artmış olur, zond vasitəsilə qüsurdan keçməklə sol qulaqcığa asanlıqla daxil olmaq olur.

Müalicəsi

Əməliyyat açıq ürəkdə süni qan dövranı şəraitində aparılır. Bu zaman çəpərin qüsur hissəsinə tikiş və ya mümkün olmadıqda yamaq (auto ya kseno perikard vasitəsilə ya da dakron materialından) qoyulur. Kiçik yaşlarında cərrahi əməliyyatın riski aşağıdğr və əməliyyat sonrakı dövrdə demək olar ki, bütün simptomlar aradan qalxmış olurlar. Böyüklər əməliyyatı bir o qədər də yaxşı keçirmiyə də bilərlər. Bu zaman əməliyyatdan sonra bəzi simptomlar tam aradan qalxmaya da bilər.


Tarix: 10.07.2015 / 18:07 Müəllif: Feriska Baxılıb: 88 Bölmə: Tibb
loading...