Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarşılayın, uçan avtomobillər

Slovakiyalı “Aero Mobil” firması bir çoxlarımız üçün hələ də yuxu kimi görünən yeni bir texnologiya- uçan maşın hazırlayıb. Xatırladaq ki, adı çəkilən firma uzun müddətdir ki, bu konsept üzərində çalışırdı. Artıq hazır olan “Prototip 3.0” modeli bu vaxta qədər sınaq məqsədi ilə bir neçə uçuş həyata keçirib.
Uçan avtomobilə adi avtomobildən tamamilə fərqlənən bir neçə xüsusi hissə əlavə edilib. Bu sırada müasir hava avadanlıqları, inkişaf etdirilmiş paraşüt sistemi və avto pilotun adın qeyd edə bilərik.


Tarix: 07.01.2015 / 13:48 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Texnobaz
loading...