Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahbuz

Şahbuz – Azərbaycanda, Naxçıvan MRin tərkibində rayon.

Şahbuz rayonu – Naxçıvan MR-in şimalında yerləşir. Dağlıq ərazidir. Ən yüksək nöqtəsi Salvartı (3162 m),Üçqardaş(3156 Keçəldağdır (3115m) m).Biçənək dağ aşırımı da buradan keçir. Muxtar respublikanın bütün ərazisində olduğu kimi, burada da çoxlu yeraltı sular,o cümlədən badamlı, batabat, karvansara, biçənək mineral sular axır. Burada kükürd, tikinti materialları, torf yataqları var. Naxçıvançay və onun qolları: kükü, şahbuz, salvartı axır. Göllər – Qanlıgöl, batabat. Dağlarda meşə massivləri var.

Rayonun Qarabağlar kəndində məşhur Qarabağlar məqbərəsi yerləşir. Bağlarla, qədim, lakin bu gün də işləyən kəhrizlərlə əhatəyə alınmış bu kənd ZƏNGƏZUR sıra dağlarının ətəyində yerləşir. Burada bürcləri olan istehkamların və su təchizatı sisteminin olması bu yaşayış məntəqəsinin qədim mənşəyindən xəbər verir. Belə bir ehtimal var ki, XVII yüzil əlyazmasında adı xatırlanan "10 min evi, 70 məscidi, onlardan 40-ı minarəli, QARABAĞLAR ŞƏHƏRİ" haqqında qeyd bu kəndə aiddir. Burada yerli sakinlərin evində qonaq qalmaq olar. Badamlı mineral suyunun doldurulduğu zavodun yanında "Badamlı" istirahət zonası tikilmişdir (1400 metr yüksəklikdə).

#Bələdiyyələrin adıHər bələdiyyə üzrə əhalinin sayı
1Şahbuz qəsəbə bələdiyyəsi2629
2Keçili kənd bələdiyyəsi1663
3Kolanı kənd bələdiyyəsi1379
4Kükü kənd bələdiyyəsi1451
5Şahbuzkənd kənd bələdiyyəsi1187
6Külüs kənd bələdiyyəsi1169
7Biçənək kənd bələdiyyəsi1157
8Badamlı kənd bələdiyyəsi1078
9Aşağı Qışlaq kənd bələdiyyəsi904
10Qarababa kənd bələdiyyəsi878
11Nursu kənd bələdiyyəsi799
12Mahmudoba kənd bələdiyyəsi797
13Qızıl Qışlaq kənd bələdiyyəsi692
14Sələsüz kənd bələdiyyəsi588
15Badamlı qəsəbə bələdiyyəsi582
16Güney Qışlaq kənd bələdiyyəsi545
17Ayrınc kənd bələdiyyəsi544
18Yuxarı Qışlaq kənd bələdiyyəsi516
19Gömürkənd bələdiyyəsi47420Ağbulaq kənd bələdiyyəsi436
21Türkeş kənd bələdiyyəsi399
22Daylaqlı kənd bələdiyyəsi395
23Mərəlik kənd bələdiyyəsi215
24Kiçikoba kənd bələdiyyəsi171
25Şada kənd bələdiyyəsi161
26Cəmi20809
Mündəricat
1 Ümumi məlumati
2 Təbiəti
3 İqtisadiyyatı
4 Tarixi-arxeoloji abidələr və memarlıq
5 Mənbə
6 İstinadlar


Ümumi məlumati

Şahbuz rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək ərazisi Naxçıvan (1978-ci ildən Babək) rayonuna verilmişdi; 1965-ci ildən yenidən müstəqil rayondur. Şimalda və şərqdə Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazisi 814,97 km2. Rayonda 1 şəhər, 1 qəsəbə, 23 kənd var. Mərkəzi Şahbuz şəhəridir.

Rayon ərazisinə Şahbuz şəhəri, Badamlı qəsəbəsi və Qarababa, Ayrınc, Mahmudoba, Nursu, Qızıl Qışlaq, Güney Qışlaq, Kolanı, Aşağı Qışlaq, Yuxarı Qışlaq, Gömür, Ağbulaq, Biçənək, Şahbuzkənd, Külüs, Kükü, Keçili, Sələsüz, Daylaqlı, Türkeş, Kiçikoba, Mərəlik, Badamlı, Şada kəndləri daxildir. Son illər rayonda xeyli quruculuq və abadlıq işləri: aparılmışdır. Kükü, Mahmudoba, Qızıl Qışlaq kəndlərində, Batabat yolu üstündə Zərnətün körpüsü tikilmişdir. Rayonun Türkeş, Şada, Biçənək, Keçili, Külüs, Badamlı qəsəbə, Sələsüz, Güney Qışlaq kəndlərində müasir tipli məktəblər tikilmiş, Şahbuz qəsəbəsi abadlaşdırılmış, ulu öndər H.Əliyevin xatirəsinə park və prospekt salınmışdır. Qəsəbədə 2002-2004-cü illərdə müasir arxitektura üsulu ilə YAP Şahbuz rayon təşkilatının, Baytarlıq laboratoriyasının, Maliyyə şöbəsinin, Kommunal müəssisələr kombinatının, MTN-nin Şahbuz şöbəsinin, Kapital bankın Şahbuz rayon filialının, rayon məhkəməsinin, suvarma sistemləri idarəsinin, polis şöbəsinin inzibati binaları tikilib istifadəyə verilmişdir. Rayonda qaçqın və məcburi köçkünlərin, o cümlədən Azərbaycan torpaqlarının müdafiəsində iştirak edən veteranların həyat şəraitini yaxşılaşdırmaq üçün 24 ailəyə yaşayış evi tikilib istifadəyə verilmiş, Şahbuz qəsəbəsində Şəhidlər kompleksi və rayonunun simvolu olan giriş abidə-kompleksi ucaldılmışdır.

Təbiəti

Rayonun relyefi, əsasən, dağlıqdır (Dərələyəz silsiləsinin c. və Zəngəzur silsiləsinin qərb yamacları). Ən yüksək zirvələri Zəngəzur silsiləsində Şapuq (3204 m), Salvartı dağı (3162 m), Üçqardaş dağı (3156 m), Qonaq-görməz və Ağdaban dağları (3150 m), Keçəldağ (3115 m), Dərələyəz silsiləsində Küküdağ (3120 m), Şişqatar dağıdır (3093 m). Biçənək aşırımı Şahbuz rayonu ərazisindədir. Geoloji quruluşunda Təbaşir-Neogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: kükürd, torf, tikinti daşı, məmulat daşları və s. Mineral sular (Badamlı, Biçənək, Batabat, Karvansara və s.) çıxır. Yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvarda 10-15°C-yə qədər, iyulda 20-30°C-dir. İllik yağıntı 400-600 mm. Ərazisindən Naxçıvançay və onun qolları (Salvartı, Kükü, Şahbuz və s.) axır. Qanlıgöl, Batabat və s. göllər var; onlardan su anbarı kimi istifadə edilir. Torpaqları, əsasən, dağ-çəmən, qəhvəyi dağ-meşə, dağ-tünd-şabalıdıdır. Dağ-kserofit bitkiləri, dağ çölləri, subalp və alp çəmənləri yayılmışdır. Enliyarpaqlı dağ meşələrinə (palıd, fıstıq, vələs) rast gəlinir. Heyvanları: qaya keçisi, çöldonuzu, ayı, vaşaq, meşə pişiyi, süleysin, daşlıq dələsi, canavar, tülkü, dovşan, ular, boz kəklik, göyərçin və s. Əhali. Rayonun əhalisi 26 min nəfərdir (1 iyul 2008-ci il). Orta sıxlıq 1 km2-də 26 nəfərdir. İri yaşayış məntəqələri Şahbuz şəhəri və Badamlı qəsəbəsi, Kolanı, Kükü və Keçili kəndləridir.

İqtisadiyyatı

Son illər rayonda sosial-iqtisadi inkişafın möhkəmləndirilməsi, əhalinin maddi rifahının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülmüşdür. Şahbuz rayonunda da iqtisadi və mədəni həyatın bütün sahələrində böyük irəliləyişlərə nail olunmuşdur. Şahbuz rayonu əsasən, heyvandarlıq rayonudur. Kənd təsərrüfatına yararlı torpaqlar 28146 ha-dır (2004). Bunun 2663 ha-ı suvarılan torpaqlar, 2495 ha-ı biçənəklər, qalanı otlaqlardır. Dənli və dənli-paxlalı bitkilər (buğda, arpa və s.), yem bitkiləri, texniki bitkilər, tərəvəz və kartof əkilir. Meyvə yetişdirilir.

1999-cu ildə Şahbuz rayonu üzrə aqrar islahatlar başa çatdırılmış, əhali torpaq payları ilə təmin olunmuşdur. Torpaqları suvarmaq üçün suvarma xətləri yenidən qurulmuş, yeni su mənbələri yaradılmışdır. Aqrar islahatların həyata keçirilməsi rayonda bitkiçiliyin və heyvandarlığın intensiv inkişafına, məhsul istehsalının artırılmasına müsbət təsir göstərmişdir.

2004-cü ildə muxtar respublika sənaye məhsulunun 3,9%-i, kapital qoyuluşunun 2,8%-i, istifadəyə verilmiş əsas fondların 2,6%-i, cəmi əmtəə dövriyyəsinin 2.2 %-i, əhaliyə göstərilən pullu xidmətlərin 5,3%-i Şahbuz rayonunun payına düşür. Əhalinin hər nəfərinə düşən pullu xidmətlərin həcmi 263,1 min manat olmuşdur ki, onun da 14,1%-i məişət xidmətlərinin payına düşür. Rayonda Badamlı mineral su zavodu, üzüm emalı müəssisəsi fəaliyyət göstərir. Son vaxtlar Badamlı suyunun istehsalını artırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirilmiş, bu suyun müxtəlif ölkələrə də satışının təşkili üçün məqsədyönlü iş aparılmışdır. Rayonda tikinti təşkilatı və kommunal müəssisələri kombinatı geniş miqyaslı tikinti və abadlıq işləri həyata keçirir. Rayon əhalisinə nəqliyyat xidmətinin və digər pullu xidmətlərin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.

Tarixi-arxeoloji abidələr və memarlıq

Şahbuz rayonu ərazisində Eneolit, Tunc, Dəmir dövrlərinə, antik dövrə və orta əsrlərə aid yaşayış yerləri və qəbir abidələri qeydə alınmış və öyrənilmişdir. Küküçay boyunca e. ə. 3-cü minilliyə aid yaşayış yerləri aşkar olunmuşdur. Tədqiqatlar göstərir ki, Şahbuz bölgəsində boyalı qablar (e. ə. 3-2-ci minilliklər), Xocalı-Gədəbəy (e. ə. 2-ci minilliyin sonu – 1-ci minilliyin əvvəlləri) mədəniyyətləri yayılmışdır (Sarıdərə, Ağbulaq, Qarnıyarıq, Kükü, Külüs, Govurqala, Şamlar və s.). Sarıdərə abidələrində vahid dəfn adətinin olduğu müəyyənləşdirilmişdir. Ağbulaq kəndindən aşkar olunmuş küp qəbirlər, möhür, mis pullar və s. eramızın əvvəllərində ərazinin Qafqaz Albaniyasının tərkibində olduğunu göstərir. Orta əsrlərə aid qaynaqlarda adı çəkilən Şahbuz qalası eramızın ilk əsrlərində inşa edilmişdir. Rayon ərazisində 3-17 əsrlərə aid yaşayış yerləri (Quzey, Eyvaz, Yarnıx, Keçili, Kələkli, Kolanı, Məzrə, Xarabalıq və s.) və qəbir abidələri (Ayrınc, Batabat, Qanlıgöl, Nursu, Söyüdlü, Türkeş və s.) tədqiq edilib öyrənilmişdir.

Şahbuz rayonu ərazisində tarixi-memarlıq abidələrindən orta əsrlərə aid qala (bax Şapurqala), bürc, müdafiə istehkamları, həmçinin karvansara, pir, məscid və s. mühafizə olunmuşdur. Mühüm elmi və tarixi əhəmiyyət kəsb edən nadir abidələr əsaslı şəkildə bərpa olunmuşdur. Rayonun ərazisində aparılan yenidənqurma, quruculuq və abadlıq tədbirləri nəticəsində yaraşıqlı inzibati tikililər, milli və müasir arxitekturalı binalar, ticarət mərkəzləri, qədim üslubda meydanlar, köşklər inşa edilmiş, yollar boyu kəndlər abadlaşdırılmış, yeni körpülər (Kükü, Mahmudoba, Nursu, Qızıl Qışlaq) tikilmişdir.


Tarix: 17.03.2013 / 13:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 746 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...