Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göygöl

Göygöl – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Göygöl şəhəridir.Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 İri yaşayış məntəqələri
4 Əhalisi
4.1 Görkəmli şəxsləri
5 İqtisadi xarakteristikası
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Maddi-mədəni irsi
8 Mətbəx
9 Yerli media
10 Şəkillər
11 Mənbə
12 İstinadlar
13 Xarici keçidlər
14 Həmçinin bax


Tarixi

Göygöl rayonu

Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Yelenendorf (alm. Helenendorf) adı altında salınıb. Bu icma Azərbaycan ərazisində o dövr üçün ilk böyük yerli olmayan milli icma idi. Tarixi mənbələrlərdən məlumdur ki, burada 1821-ci ildə ilk dəfə olaraq İsveçrə missionerlərinin köməyi ilə Sinod çağırılmış və bütün alman icmaları üçün Zaqafqaziyanın birinci Ümümkilsə nizamnəməsi qəbul edilmişdir.

1836-ci ildə Yelenendorfda yaşayan sakinlər sırasında 8 nəfər pinəçi, 8 dənizçi, 4 dülgər, 4 dərzi, 7 furqon ustası və s. var idi. Bu dövrün keyfiyyət və əmək mədəniyyəti göstəricilərinə əsasən maraqlı təsərrüfatlardan da bəlli etmək mümkündür. Belə ki, Yelendorfda kolonist Qotlob Koxun rəngsaz emalatxanası yarandıqdan 20 il sonra o, artıq bütün Yelizavetpolun quberniya mərkəzində şöhrət qazanmışdır. Bundan əlavə, Qafqazın bütün sənətkarları icmanın furqon ustalarının yanına axışırdılar. 1869-cu il aprelin 22-də koloniya özünün yaradılmasının 50 illiyini təntənə ilə qeyd etdi. Bu illər ərzində kənd çox sürətlə inkişaf edib dəyişmişdir. 1821–ci ildə köçkünlərin dini xadimi Yahhan Yakob Krans ilk dini ibadətxana açmağa cəhd göstərdi və 1834–cü ildə buna nail oldu. 1842–ci ildə ilk məktəb də tikildi. Bir neçə il sonra 1854–cü il aprelin 24-də Müqəddəs Yohann kilsəsinin təməl daşı qoyuldu. Eyni zamanda, uşaq bağçası və 1890–cı il noyabrın 22–də Yelenendorf peşə məktəbi yaradıldı. 1893–cü ildən etibarən Yelenendorfda ictimai yığıncaqlar keçirilməyə başlamışdır. Bu yığıncaqlarda koloniyanın problemlərinə toxunulur və onların həlli yolları axtarılırdı. 1890–cı illərin üstün cəhətlərindən biri də icmanın iqtisadiyyatında yüksəlişin qeydiyyata alınması idi. Öz üstünlüyü ilə fərqlənən başlıca məşğuliyyət sahələri: şərabçılıq, iri sənaye və texnika yenilikləri idi. 1911–ci ildə Yelenendorfda 1054 bina vardır ki, bunun da 415–i yaşayış evi idi. Bu isə onu göstərirdi ki, Yelenendorfda tikinti sənayesi də yüksək sürətlə inkişaf edirdi. Artıq koloniyada ağac evlərin qalmaması da buna əyani sübut idi. Tikintinin tempinə gəlincə, 2 il ərzində (1911–1913–cü illər) burada daha 15 xüsusi mülk tikilmişdir ki, bu da kəndin həyatını mədəni şəhər qəsəbəsi üslubuna daha çox bənzədirdi. 1900–cü illərin əvvəllərində burada şərab istehsalı və xarici ticarət çox güclü inkişaf etməyə başlamışdır. Artıq 70–ci illərdə hər bir ailə ildə 1000–1500 vedrə şərab istehsal edirdi və hər bir evin altında, zirzəmidə böyük şərab çəlləkləri yerləşirdi. 1914–cü ildə Forer və Hummel qardaşlarının Şərab firmalarının bir illik gəliri bir milyon manat təşkil edirdi. 1912–ci ildə Yelenendorfda Forer qardaşları dəyirman da tikdirmişdirlər. Şərabçılıqdan sonra burada ikinci əsas rol faytonçuluğa məxsus idi. 1877-1878–ci illərdə Türkiyə ilə başlanan müharibə faytonçuluğun sürətlə inkişafına təkan vermişdir. Bütün bu sadalananlar Yelenendorfun XIX əsr həyatını əks etdirən məqamlardır.

1896-cı ildən etibarən isə ermənilər Göygöl ərazisində məskunlaşmağa başlayıblar. Qarabağ münaqişəsi başlayan kimi isə dərhal buradakı ermənilər Göygölün qədim erməni torpağı olduğunu iddia edərək bu ərazilərin Qarabağ ilə birlikdə Ermənistana verilməsini tələb ediblər. 1989-cu ildən etibarən burada yaşayan ermənilər qonşu azərbaycanlı kəndlərinə qarşı quldur hücumları etməyə başladılar. Belə vəziyyət 2 il davam etdi. 1991-ci ilin aprel-may aylarında keçirilən Çaykənd əməliyyatı nəticəsində buradakı bütün qeyri-qanuni silahlı birləşmələr ləğv olundu.

Rayon kimi Göygöl 1930-cu ildə yaradılıb. 1938-ci ilə qədər Nərimanov rayonu olub. 1938-ci ildə rayon Xanlar Səfərəliyevin şərəfinə Xanlar rayonu, Yelenendorf qəsəbəsi isə rayonun mərkəzi Xanlar şəhəri adlandırılmışdır. 2008-ci il aprel ayının 25-də Milli Məclis rayonun Göygöl adlandırılması haqda qərar qəbul etmişdir.

Coğrafi mövqeyi

Relyefi

Göygöl rayonu Azərbaycanın qərbində, Gəncə şəhərinin cənubunda, dağətəyi ərazidə, Kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşir. Rayonun ən yüksək zirvəsi Murovdağ silsiləsində Gamışdağdır. Onun hündürlüyü 3724 m-dir. Göygöl rayonu Gəncə dəmir yol stansiyasından 15 km cənubunda yerləşir. Bakı-Qazax dəmir yolu və magistralı Göygöldən keçir. Rayon ərazisində 15802 hektar meşə sahəsi olmaqla Kəpəz dağı, Göy-göl, Maral-göl, Zəli-göl, Ayna-göl rayon ərazisində yerləşir və Quşqara, Gəncə və Kürək çayları rayon ərazisindən keçir.

Təbiəti

İqlimi

İqlimi mülayim-istidir.

İri yaşayış məntəqələri

Göygöl şəhəri, Xanlar qəsəbəsi, Əzizbəyov qəsəbəsi, Gəncə qəsəbəsi, Murovdağ qəsəbəsi, Ağsu, Almədətli, Aşıqlı, Balçılı, Bəhrambəy, Cümşüdlü, Çaykənd, Çaylı, Çiçəkli, Danayer, Dərələyəz, Dozular, Əzgili, Firuzabad, Göyçəkənd, Gürzalılar, Haçaqaya, Xasabağ, Xəqani, Kərəmli, Köşkü, Qarabulaq, Qırıxlı, Qızılca, Qızılca stansiyası, Quşqara, Mollacəlilli, Mixaylovka, Nadel, Sarısu, Səhriyar, Pənahlılar, Sərkarlı, Səmədli, Tülallar, Topalhəsənli, Toğana, Üçtəpə, Yalqışlaq, Yeni Qızılca, Yeni Zod, Zurqes

Əhalisi

Görkəmli şəxsləri

İqtisadi xarakteristikası

Rayonun əsas təsərrüfat fəaliyyətləri taxılçılıq, kartofçuluq, maldarlıq, qoyunçuluq, meyvəçilik, tərəvəzçilik, arıçılıq, quşçuluq və üzümçülük təşkil edir. Orta hesabla ildə 18249 ton taxıl, 8983 ton kartof, 4981 ton tərəvəz, 1558 ton meyvə və gilə meyvə, 2474 ton ət, 20324 ton süd, 277 ton yun, 9521000 ədəd yumurta istehsal olunur. [3] Rayonun iqtisadiyyatında üzümçülük və heyvandarlıq mühüm yer tutur. Mədən sənayesi, çınqıl zavodları, istehsalat və məişət xidməti kombinatları, şərab zavodu və başqa sənaye müəssisələri var.

Rayonda 264 şəxsi müəssisə, bundan 14 kooperativ, 63 MMC, 131 kiçik müəssisə, 56 kəndli fermer təsərrüfatı, 16 dövlət müəssisəsi fəaliyyət göstərir. Dövlət müəssisələri:
Çaykənd qızılbalıq artırma zavodu – qızılbalıq körpəsi yetişdirilir.
Camışçılıq üzrə Dövlət Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi – damazlıq camış saxlanılır.
Ətlik maldarlıq üzrə Dövlət Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi – Hallavey və Zebu cinsindən olan iri buynuzlu mal qara saxlanılır.
Taxıl toxumçuluğu üzrə Bağmanlar Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi – taxıl toxumu istehsal olunur.
Qızılca qırma daş zavodu – qırma daş istehsal olunur

Şəxsi müəssisə və Səhmdar Cəmiyyətlər.
"Aqrosənaye" ASC İstehsal gücü saatda 6000 ədəd butulka olan araq süzmə, istehsal gücü saatda 3000 ədəd butulka olan şərab süzmə, istehsal gücü sutkada 500 dekalitr olan konyak spirti, şampan şərabı sexləri, ümumi sahəsi 3000 m² olan zirzəmiləri vardır. Xammal mənbəyi olan 352 hektar üzüm bağı salınmışdır.
"Azəraqroinvest" MMC – 295 hektar üzüm bağı vardır.
Səmədoğlu şirkəti – 300 baş damazlıq üçün iribuynuzlu mal qara saxlanılır.
ASR şirkəti – Makoron, toyuq əti, yumurta, mineral su, limanad və lambrin istehsal olunur.
Fəhralı sahibkar müəssisəsi – mineral süfrə suyu və limonad istehsal olunur.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Maddi-mədəni irsi

Göygöl rayonu füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri ilə də zəngindir. Rayon ərazisində XII, XIV, XVI və XIX əsrlərə aid 31 yerli əhəmiyyətli tarixi və memarlıq incəsənət abidələri mövcuddur, bunlardan 8-i kurqan, nekropol və açıq düşərgə, digərləri isə bina və körpülərdir. Xanlar şəhərində 1854-cü ildə tikilmiş "Lüteran" adlanan alman kilsəsi, XVI əsrə aid iki gözlü körpü, 1896-cı ildə tikilmiş üç gözlü körpü, XII əsrə aid Ağ körpü, XIX əsrdə almanlar tərəfindən tikilmiş 9 memarlıq incəsənət abidələri, Zurnabad kəndində XII əsrə aid Qala, keçmiş Sarıqaya kəndində XVI əsrə aid Türbə, Dozular kəndində XVI əsrə aid bir gözlü körpü, Topalhəsənli kəndində taixi məlum olmayan iki tağlı daş körpü, Şəhriyar kəndində 1674-cü ildə tikilmiş Qabriyel kilsəsi, Çaykənd kəndində taixi məlum olmayan Anahid məbədi və Müqəddəs Məryəm kilsəsi, Yeni-Zod kəndindən 300 m məsafədə Alban kilsəsi, 3 km məsafədə Alban məbədi, Üçbulaq və Balçılı kəndlərinin frazisində taixi məlum olmayan "Qız-qalası", Köşkü kəndində dəmir dövrünə aid kurqan, Quşqara və Balçılı kəndlərinin ərazisində Tunc dövrünün axırı, Dəmir dövrünün əvvəlinə aid qəbrlər vardır.


Tarix: 16.03.2013 / 13:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 811 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...