Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağstafa

Ağstafa – Azərbaycanda rayon. Ağstafa rayonu 1939-cu ildə təşkil olunub, 1959-cu ildə ləğv edilərək ərazisi Qazax rayonu ilə birləşdirilmiş, 1990-ci ildə yenidən müstəqil rayon olmuşdur. Respublikanın şimal-qərb hissəsində, Kiçik Qafqazla Qabırrı yaylası arasında, Gəncə-Qazax maili düzənliyində və Ceyrançöl ön-dağlığında yerləşir. Sahəsi 1503,7 km², əhalisi 60,0 min nəfərdir (01.01.2009). Mərkəzi Ağstafa şəhəridir. 1881-ci ildə tikilmiş Bakı-Tbilisi dəmiryolu, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri rayonun ərazisindən keçir.Mündəricat
1 Sərhəd rayonlar, ölkələr və ərazilər
2 Coğrafiyası
3 Tarixi
4 Abidələri
5 Tarixi və memarlıq abidələrinin siyahısı
6 Əhalisi
6.1 Etnik tərkibi
7 Mədəniyyət, Təhsil və Səhiyyə Müəssisələri
8 Nəqliyyat
9 Qəsəbələr / Kəndlər
10 İqtisadiyyat
11 İstinadlar
12 Mənbələr
13 Həmçinin bax


Sərhəd rayonlar, ölkələr və ərazilər

Gürcüstan Respublikası, Ermənistan Respublikası, Tovuz və Qazax rayonları ilə həmsərhəddir.

Coğrafiyası

Rayon Azərbaycanın qərbində, Böyük Qafqaz dağlarının ətəklərində, Gürcüstan və Ermənistanla sərhəddə yerləşir. Rayonun iqlimi mülayimdir. Azərbaycanın ən böyük çayı olan Kür və Kürün qolu – Ağstafaçay, eləcə də bir neçə kiçik çay bu rayonun ərazisindən axır. Candargöl gölü də bu rayonda yerləşir. Kürün sahilində tuğay meşələrini qoruyub saxlamaq məqsədilə yaradılmış "Qarayazı" qoruğu sahilində yerləşir. Səthi, əsasən, düzənlikdir (Gəncə-Qazax və Qarayazı düzləri), cənub-qərb və şimal-şərq hissələri alçaq dağlıqdır. Tabaşir, Paleogen və Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: mişar daşı, bentonit gili, çınqıl, qum, sement xammalı və s. İqlimi mülayim isti, quru subtropikdir. Qışı quraq keçir. Orta temperatur yanvarda -5 °C-dən 0 °C-yədək, iyulda 18-25 °C-dir. İllik yağıntı 350-700 mm-dir. Rayonun ərazisindən Kür çayı keçir. Ağstafa və Həsənsu çaylarının aşağı axınları Ağstafa rayonu ərazisindədir. Əsasən, dağ şabalıdı, dağ bozqəhvəyi, şabalıdı, açıq şabalıdı dağ-meşə torpaqları yayılmışdır. Yovşanlı-şoran-otulu yarımsəhra və çöl bitkiləri, Kür çayı sahilində Tuqay meşələri vardır. Heyvanları: ayı, canavar, tülkü, çöldonuzu, boz dovşan, çölsiçanı və s. Quşları: qırqovul, turac, kəklik, göyərçin və s. Qarayazı Dövlət qoruğu Ağstafa rayonu ərazisindədir.

Ağstafa rayonu Azərbaycan Respublikasının şimal-qərb hissəsində Böyük və Kiçik Qafqaz sıra dağlarının arasında, Gəncə-Qazax maili düzənliyində yerləşir. Əlverişli təbii-coğrafi mövqedə yerləşən rayon təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda ən qədim insan məskənlərindən biridir. Rayon ərazisinin 3510 hektar sahəsini meşəliklər örtür. Bunun da əsas hissəsi Tuqay meşələridir. 9658 hektar sahəni əhatə edən Qarayazı Dövlət qoruğunda adı "Qırmızı kitab"a düşmüş bir sıra bitki və quşlar qorunur.

Tarixi

Ağstafanın Gürcüstanla sərhəd ərazisində yerləşən Keşiş dağ məbədi

Tədqiqatçıların fikrincə Azərbaycanın təbii-coğrafi mühiti, relyefi, ən azı üç milyon il bundan əvvəl formalaşıb və ən qədim insanın yaranması, formalaşması üçün əlverişli şərait olubdur. Ərazidən tapılan qədim paleolit abidələri bu bölgənin insanın əmələ gəlməsi regionlarından olmasını təsdiqləyir. Töyrətəpə, Şomutəpə, Qarğalar təpəsi və s. bu kimi qədim yaşayış məskənlərində aparılmış arxeoloji araşdırmalar e.ə. VI-V minilliyi əhatə edən bir dövrdə əkinçiliyin, maldarlığın inkişaf etməsini, oturaq həyat tərzinin formalaşmasını və misdən soyuq döymə üsulla müxtəlif əşya və bəzəklərin düzəldiyini aşkar etmişdir. Hazırda rayonun Aşağı Göyçəli kəndi ərazisində neolit-tunc dövrünü əhatə edən Töyrətəpə yaşayış yeri, Dağ Kəsəmən kəndi ərazisində tunc-ilk dəmir dövrünə aid olan qədim yaşayış yeri və qəbiristanlıq (Çoban daşı) kimi dünya əhəmiyyətli abidələr mövcuddur. Rayon ərazisində çoxlu sayda qədim məscidlər var. Bundan başqa Qafqaz Albaniyası kilsəsi kimi tikilmiş Keşiş dağ məbədi də Ağstafada yerləşir.

Ağstafa rayonu inzibati rayon kimi 1939-cu ilin yanvarın 24-də təşkil olunmuş, 1959-cu il dekabrın 4-də ləğv edilib Qazax rayonuna birləşdirilmişdir. 1990-cı ilin aprelindən Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Qazax rayonundan ayrılaraq yenidən rayon statusu almışdır. Ağstafa rayonu bir şəhər, doqquz qəsəbə və iyirmi doqquz kənddən ibarətdir. 1990-cı ildə Ağstafa rayonu inzibati vahid kimi Qazax rayonunun tərkibindən ayrıldıqdan sonra yaşayış məntəqələrinin bir neçəsinin adı dəyişdirilmişdir. Uzun illər Sovet dövrünün partiya xadimlərinin adını daşıyan və Sovet hakimiyyətini tərənnüm edən yaşayış məntəqələrinin adları yeni adlarla əvəz olunmuşdur. Belə ki, Kalininkənd, İskra, Marsovka, Oraq-Çəkic, V.İ.Lenin adına qəsəbə kimi yer adları dəyişdirilərək, xalqın inkişaf tarixinə və mədəniyyətinə uyğun adlarla əvəz olunmuşdur:
Kalininkənd – Vurğun qəsəbəsi adı ilə (1990-cı il),
Kirovkənd – Həsənsu kəndi adı ilə (1990-cı il),
Yenikənd – Aşağı Kəsəmən kəndi adı ilə (1990-cı il),
Marsovka – Xətai kəndi adı ilə (1992-ci il)),
Oraq-Çəkic – Qaçaq Kərəm kəndi adlandırılmış,
V.İ.Lenin adına qəsəbə Böyük Kəsik kəndi ilə birləşdirilmişdir.

2004-cü ildə rayonun inzibati bölgüsündə dəyişiklik edilərək yeni yaşayış məntəqələri qeydiyyata alınmışdır. Uzun illər Xutor adlanan yaşayış məntəqəsi Ağgöl adlandırılaraq rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.

Abidələri

Rayon ərazisində çoxsaylı arxeoloji və tarixi abidələr var. Onların arasında Aşağı Göyçəli kəndindəki Töyrətəpə adlı, tunc dövrünə aid insan məskəni və Dağ Kəsəmən kəndində tunc dövrünün sonu – dəmir dövrünün əvvəlinə aid Çobandaşlı adlı məskən dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir.

Bu cür abidələrlə rayonun başqa yerlərində da rast gəlmək olar. Köçəsgər kəndinin yaxınlığında Molla Nağı təpəsi (daş dövrü), tunc və dəmir dövrlərinə aid Durnatəpə, Böyüktəpə, Şiş Quzeyi Piri və orta əsrlərə aid Haca Dağ Piri adlı abidələr, Ağstafa şəhərinin yaxınlığında tunc və dəmir dövrlərinə aid Cantəpə, Yastıtpə qədim yaşayış yerləri. Tatlı, Yuxarı Göycəli, Həsənsu, Aşağı Göycəli kəndlərini də qeyd etməliyik.

Arxeoloji qazıntılar zamanı bu ərazidə tapılmış küpələr, boyunbağılar, kasalar, vazalar, müxtəlif məişət əşyaları yerli diyarşünaslıq muzeyində saxlanır. Memarlıq abidələri xüsusi maraq doğurur: XVII əsrə aid qüllə, Qıraq Kəsəmən kəndində XIX əsrə aid məscidlər, Kolxəlfəli, Qarahəsən, Dağ Kəsəmən və başqa kəndlərdə XIX əsrdə tikilmiş məscidlər və s.

Tarixi və memarlıq abidələrinin siyahısı

Daş dövrünə aid olan abidələr:

1. Paleolit düşərgəsi yaşayış yeri (paleolit) – Köçəsgər kəndi
2. Açıq paleolit düşərgəsi (paleolit) – Tatlı kəndi
3. Töyrətəpə yaşayış yeri (neolit – tunc dövrü) – Aşağı Göyçəli kəndi
4. I Şomutəpə yaşayış yeri (neolit) – Ağstafa şəhəri
5. Qarğalar təpəsi yaşayış yeri (neolit) – Qırılı kəndi
6. Arzamastəpə yaşayış yeri (neolit) – Vurğun qəsəbəsi
7. Molla Nağı təpəsi (daş dövrü – eneolit) – Köçəsgər kəndi
8. Kiçik təpə yaşayış yeri (daş, eneolit və tunc) – Aşağı Göyçəli kəndi
9. Çəpiiş təpəsi yaşayış yeri (eneolit – tunc) – Həsənsu çayının ətrafı
10. Çinlitəpə yaşayış yeri (eneolit) – Tatlı kəndi

Tunc dövrünə aid olan abidələr:

1. Qədim yaşayış yeri və qəbiristanlıq (çoban daşı) (tunc – ilk dəmir dövrü) – Dağkəsəmən kəndi
2. Cantəpə yaşayış yeri (tunc) – Ağstafa şəhəri
3. Sarı qaznaq qəbiristanlığı (tunc) – Köçəsgər kəndi
4. Alcaqtəpə yaşayış yeri (tunc-dəmir) – Tatlı kəndi
5. Alcaqtəpə yaşayış yeri (tunc) – Tatlı kəndi
6. Qabaqtəpə yaşayı yeri (tunc-dəmir) – Pirili kəndi
7. Yastıtəpə yaşayış yeri (son tunc) – Ağstafa şəhəri
8. Durnatəpə yaşayış yeri (son tunc – ilk dəmir) – Köçəsgər kəndi
9. Böyüktəpə yaşayış yeri (son tunc – ilk dəmir) – Köçəsgər kəndi
10. Hasarlıtəpə yaşayış yeri (son tunc – dəmir) – Yuxarı Göyçəli kəndi
11. Sarıtəpə yaşayış yeri (son tunc – dəmir) – Yuxarı Göyçəli kəndi
12. Qoşatəpə yaşayış yeri (son tunc – dəmir) – Yuxarı Göyçəli kəndi
13. Hasarlıqala qədim yaşayış yeri (son tunc – dəmir) – Tatlı kəndi
14. II Şomutəpə yaşayış yeri (tunc – ilk dəmir) – Yuxarı Göyçəli kəndi
15. Nadir bəy təpəsi yaşayış yeri (son tunc) – Həsənsu kəndi
16. Ağalıq təpəsi yaşayış yeri (son tunc – ilk dəmir) – Ağstafa-Qazax şosse yolu
17. Arançı təpəsi yaşayış yeri (son tunc – dəmir) – Ağstafa-Dağkəsəmən yolu
18. Dəyirmantəpə yaşayış yeri (son tunc – ilk orta əsr) – Dağkəsəmən yolu
19. Ağtəpə yaşayış yeri (son tunc – antik dövr) – Aşağı Göyçəli kəndi
20. Maraltəpə yaşayış yeri (son tunc – antik) – Aşağı Göyçəli kəndi
21. Şiş Quzey piri (dəmir dövrü) – Köçəsgər kəndi
22. Nekropol (antik dövr) – Pirili kəndi

Orta əsrlərə aid olan abidələr:

1. Tatlı Alban məbədi (ilk orta əsrlər) – Yuxarı Göyçəli və Tatlı kəndləri arasında
2. Haça dağ airi tikilisi (orta əsrlər) – Köçəsgər kəndi
3. Yaşayış yeri (IV-VII əsrlər) – Dağkəsəmən kəndi
4. Kəhriz (XIX əsr) – Kolxələfli kəndi

Əhalisi

Ağstafa rayonun əhalisinin ümumi sayı 60.917 nəfərdir. Şəhər əhalisinin nisbəti 20%, kənd əhalisininki isə 80%-dir.

Etnik tərkibi
Ağstafa rayonu : 1939-cu il siyahıya almasıEtnik quplarəhalinin Sayı (Nəfər)
Azərbaycanlılar24.743 (79,2%)
Talışlar14 (0,1%)
Ruslar3.113 (10,0%)
Ermənilər1.010 (3,2%)
Ləzgilər30 (0,1%)
Gürcülər163 (0,5%)
Bütün rayon üzrə31.257 (100%)



Ağstafa rayonu : 1959-cu il siyahıya almasıEtnik quplarəhalinin Sayı [2] (Nəfər)
Azərbaycanlılar37.012 (89,3%)
Talışlar– (-)
Ruslar2.268 (5,5%)
Ermənilər1.243 (3,0%)
Ləzgilər40 (0,1%)
Gürcülər147 (0,4%)
Bütün rayon üzrə41.443 (100%)


Mədəniyyət, Təhsil və Səhiyyə Müəssisələri

Rayonda 35 məktəbəqədər uşaq müəssisəsi, 39 ümumtəhsil məktəbi, 13 xəstəxana və tibb mərkəzi və 40 mədəniyyət ocağı var

Nəqliyyat

Ağstafa rayonu ərazisində respublika əhəmiyyətli və yerli əhəmiyyətli avtomobil yolları mövcuddur ki, onların ümumi uzunluğunun cəmi 231 km-dir. Bundan başqa rayon ərazisində 66,2 km uzunluğunda dəmir yolu da mövcuddur. Rayon ərazisində olan respublika əhəmiyyətli avtomobil yollarının cəmi uzunluğu 112 km-dir. Bunlardan, II kateqoriyalı Bakı-Qazax yolu 21 km, II kateqoriyalı Poylu-Sadıqlı yolu 40 km, II kateqoriyalı Tovuz – Ceyrançöl-Ağstafa yolu 49 km və II kateqoriyalı Qazax şəhərinə giriş yolu 2 km-dir. Rayon ərazisində IV kateqoriyaya aid olan avtomobil yollarının uzunluğunun cəmi 119 km-dir. Bundan başqa, Ağstafa rayonu ərazisində olan Qardabani – Böyük Kəsik – Tatlı – Tovuz dəmir yolunun uzunluğu 58,7 km və Ağstafa stansiyası – Yeni Poylu – Qazax dəmir yolu xəttinin uzunluğu isə 7,5 km-dir.

Qəsəbələr / Kəndlər

Əhalisinin 25%-i şəhər əhalisi, 75%-ni isə kənd əhalisi təşkil edir. Əsas kəndləri Vurğun, Poylu, Qıraq Kəsəmən, Dağ Kəsəmən, Köçəsgər, Aşağı Kəsəmən, Zəlimxan, Tatlı, Köhnə Qışlaq, Yaradullu, Düzqışlaq, Kolayır, Pirili, Kolxəlfəli, Muğanlı, Sadıxlı, Köçvəlli, Qarayazı, Həzi Aslanov, Soyuq Bulaq, Soyuq Bulaqlar, Xətai, Yenigün, Aşağı Göycəli, Qaçaq Kərəm, Eynallı, Göycəli, Qırılı, Böyük Kəsik, Saloğlu, M.Mikayılov adına Qoyunçuluq sovxozudur.

İri yaşayış məntəqələri – Xətai, Dağkəsəmən, Sadıxlı, Pirili, Qıraq Kəsəmən, Poylu, Köçəsgər kəndləridir.

İqtisadiyyat

Azərbaycanın kənd təsərrüfatı rayonlarındandır. Əsasən heyvandarlıqla məşğul olurlar. Rayonda tikiş fabriki, kərpic-kirəmid zavodları, xalça sexi, lokomotiv deposu və başqa müəssisələr vardır.


Tarix: 16.03.2013 / 13:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 733 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...