Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xırdalan

Xırdalan - Azərbaycan Respublikasının Abşeron rayonun paytaxtı. Xırdalan şəhəri Bakıdan 11 kilomert aralıda yerləşir.

Tarixi

XX əsrin əvvəllərində kənd kimi yaranan, sovet dövründə isə şəhər tipli qəsəbəyə və Abşeron rayonunun mərkəzinə çevrilən Xırdalan 1930-1940-cı illərdə Binəqədi tərkibində qəsəbə, 1950-ci illərin birinci yarısında Maştağa, 1950-1960-cı illərdə yenidən Binəqədi rayonunun tabeliyinə verilmiş, Azərbaycan SSR Ali Soveti rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı əsasında yaradılmış Abşeron rayonunun mərkəzi kimi fəaliyyət göstərmişdir.

1936-cı ildə şəhər tipli qəsəbə olmuş Xırdalan İlham Əliyevin 29 noyabr 2006-cı il tarixli sərəncamına əsasən şəhər statusu almışdır[2].

1999-cu ildə aparılmış siyahıya almanının yekunlarına əsasən Xırdalan qəsəbəsinin əhalisi 28.576 nəfər olmuşdur. [3], 2008-ci ildə isə bu rəqəm 41 500-ə yüksəlmişdir.


Tarix: 16.03.2013 / 13:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 146 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...