Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu gun Azərbaycan tarixi → Xocali soyqırımı günü-26 fevral 1992

Azərbaycan tarixi → Xocali
soyqırımı günü-26 fevral
1992-ci ili fevral ayının 26-da Azerbaycan
vətəndaşları öz yeni tarixində ən faciəli,
dəhşətli günlərinden birini - Xocalı faciəsini
qeyd edirlər. 1992-ci il fevralın 25-den 26-na
keçən gecə ermeni separatistləri rusiya
ordusunun 366-cı motoatıcı alayının hərbi
texnikasının iştiraki ile Qarabağın
Azerbaycanlılar yaşayan Xocalı yaşayış
məntəqəsini zəbt etdiler. Xocalının zəbti misli
görünməmiş qəddarlıqla müşayiət olundu.
613 Şəhidimizin 106 nəfəri qadın, 56 nəfəri
azyaşlı uşaq idi.
487 nəfər yaralandı.
8 ailə bütövlükdə məhv edildi.
25 azyaşlı uşaq hər iki validəynini itirdi.
130 uşaq validəynlərindən birini itirdi.
59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi.
1000 nəfərdən çox şəhər sakini əlil olub.
1275 nəfər əsir və girov götürüldü.
Əsir düşənlərdən 150 nəfəri itkin düşüb və
taleyi bu günədək məlum dəyil...
Azerbaycan Milli Məclisi(Parlamenti)her il
fevral ayinin 26-ni "Xocali soyqırımı
günü"elan etmişdir.Hər il fevral ayinin 26-da
saat 17.00 da Azerbaycan xalqi Xocali
soyqiriminin qurbanlarının xatirısini yad
edir.
Doğma yurdalarindan didərgin duşmuş ve
Aerbaycanin 48 rayonuna səpələmiş Xocali
sakinləri Dağlıq Qarabag münaqişəsinin
ədalətli həlli,Ermənistanin Azerbaycana qarşi
təcavüzünün dəf edilməsi,Ölkənin ərazi
bütövlüyünün bərpa edilmesi ümidi ilə
yaşayirlar.
Xocali soyqırımının günahkarları,təşkilatçilari
və icraçıları layiqli cəzalarina
catmalidirlar.Cinayət cəzasız qala
bilməz.Xocalı faciəsi bəşer övladına qarşi
törədilmiş genosid ve etnik təmizləmə
hadisələri icərisində ən dəhşətlilərdən
olmuşdur.Hal-hazırda,bu hadisələrdə hər
hansı şəkildə iştirakı olmuş şexslər hələlik öz
vicdanları qarşısında cavabdehdirlər,ancaq
vaxt gələcəkdir ki,onlar tarixin məhkəməsi
qarşisinda cavab verməli olacaqlar.


Tarix: 26.02.2014 / 17:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 168 Bölmə: Tarixdə bu gün
loading...