Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın Xocalı haqqında həqiqətləri planeti gəzir

Azərbayacanlı rejissor Vahid Mustafayevin “Xoca” filmi planeti şəhərbəşəhər fəth edir. Bişkek, Qahirə, Rotterdam, London, Haaqa, Antalya, Oslo-bunlar “Xoca” filminin nümayiş olunduğu şəhərlərin hələ tam siyahısı deyil. Bu gün film İstanbulda da nümayiş etdiriləcək. Martın sonunda isə Yunanıstanın paytaxtı Afina tamaşaçıları ekran əsəri ilə tanış olacaqlar.

Filmin nümayişindən sonra müxbirlərimizin tamaşaçılardan götürdüyü müsahibələrdə onların bu işi çox bəyəndiyini deməyə əsas verir. Bundan əlavə qərb kinotənqidçilərindən biri qeyd edib ki, bu ekran işi uğura məhkumdur.
Vahid Mustafayevin filminin əsas dəyərlərindən biri ondadır ki, dünyanın müxtəlif şəhərlərində çox sayda insan Qarabağ müharibəsində Azərbayacan şəhərinin başına gətirilən dəhşətli faciə haqqında heç xəbərdar olmayıblar.
Tamaşaçıların çoxu gördüklərindən demək olar ki, şoka düşüblər və öz emosiyalarını gizlədə bilməyiblər. Onlar filmin Bakıdakı nümayişində ağlayanlar kimi göz yaşı töküblər.

Bu gün V.Mustafayevin filmi İstanbul kinoteatrlarında nümayiş ediləcək. Türkiyə mətbuatı artıq ekran işinin kəskin süjetli olduğunu, ancaq reallığı əks etdirdiyini yazır.

Xocalı soyqırımının ildönümü qeyd edilən bu gündə tamaşaçıların çoxsaylı xahişi ilə Azərbaycanın ən böyük kinoteatrı olan “Nizami” Kino mərkəzində bütün kinozallarında “Xoca” nümayiş ediləcək. Giriş pulsuzdur.


Tarix: 26.02.2013 / 20:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 171 Bölmə: Tarixdə bu gün
loading...