Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dişləri ağartmaq yerinə saraltmayın

Günümüzdə diş estetikasına müraciət edən insanların bir qismi daha parlaq dişlərə sahib olmaq istəyir.
Lakin, diş parladan vasitələrdən düzgün istifadə etmədikdə diş səthində saralmalar yaranır. Bu baxımdan diş estetikasının fundamental müalicəsində xüsusi aparatlardan istifadə etməklə səthdəki ləkələri uzaqlaşdırmaq və diş daşlarını təmizləmək mümkündür.
Əgər dişin rəngi narahatlıq yaradırsa bəzi köməkçi materiallarla rəngi açmaq, dişləri ağartmaq olur. Əsas gigiyena vasitələrindən istifadə etməklə dişləri gündə ən azı 2-3 dəfə təmizləmək zəruridir. Lakin dişləri təmizlədikdə karbonat, duz və ya cilalama tozlarından istifadə etmək məsləhət deyil.
Ege Universitetinin dosenti Dr. Akın diş parıldatmaq üçün istifadə edilən həmin vasitələrin müvəqqəti ağlıq yaratdığını bildirib. O, ifadə edib ki, həmin prosesdən sonra diş səthində saralmalar olur. Mikroskopik olaraq baxdıqda yaranan cızıqlar rahat görülə bilər. İlk etapda dişlər ağardılmış kimi görünsə də köhnəsinə nəzərən çox tez saralmalara, cızıqlara, valların meydana gəlməsinə və rənglənmələrin sürətlənməsinə səbəb olur. Bu aynanı cilalayıcı ilə təmizləməyə bənzəyir. Bu baxımdan karbonat, duz kimi diş parladıcı olmasına inanılan vasitələrdən uzaq olmaq vacibdir. Müasir dövrdə texnologiyanın sürətli inkişafı insanlara keyfiyyətli xidmət verməli olduğundan həmin məhsullara etibar edilməməli, professional xidmət təklif edən diş klinikalarına müraciət edilməlidir.


Tarix: 19.01.2015 / 12:54 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Stomatologiya
loading...