Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elmar Məmmədyarov

Elmar Məmmədyarov — diplomat, Azərbaycanın xarici işlər naziri.

Həyatı

Elmar Məmmədyarov və Barak Obama həyat yoldaşları ilə birgə

Elmar Məhərrəm oğlu Məmmədyarov 1960-cı il iyulun 2-də Bakı şəhərində anadan olmuşdur.

1977-1982-ci illərdə Kiyev Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsində təhsil almışdır.

1982-1988-ci illərdə Azərbaycan SSR Xarici İşlər Nazirliyində 2-ci katib, 1-ci katib olmuşdur.

1988-1991 SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası tarix elmləri namizədi

1989-1990 Xarici siyasətin planlaşdırılması mərkəzi, Braun Universiteti, ABŞ

1991-1992 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Dövlət Protokolu şöbəsinin müdiri

1992-1995 Azərbaycan Respublikasının BMT yanındakı daimi nümayəndəliyi, 1-ci katib

1995-1998 Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Beynəlxalq təşkilatlar idarəsi, rəis

1998-2003 Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi, müşavir

2003 Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi

2003-2004 Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfir

2 aprel 2004 Azərbaycan Respublikasının Xarici İşlər Naziri

2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Komandor” ordeni ilə təltif olunmuşdur[1]

Xarici dillərdən ingilis, rus və türk dillərini bilir.

Mükafatları
Qazaxıstan Respublikasının müstəqilliyinin 20 ili (2011)


Tarix: 13.01.2013 / 12:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 433 Bölmə: Siyasətçilər
loading...