Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ATILMIW UWAGIN ANASINA YAZDIGI MEKTUB

Salam ana. necəsən? Mən yaxşı
deyiləm.Bura uşaq evi
deyirlər. Burda çoxlu
uşaqlar, müəllimələr var.Ancaq
sənin yanında daha yaxşı
idim. Bilirəm sən özün məni bura
qoymusan ki,çoxlu dostlarım
olsun.Ana,mən sənin yanında daha
xoşbəxt idim.Düzdü burda
müəllimələr mənimlə çox
mehribandı.Onlar sənin kimi məni
döymürlər.Yadına gəlir,mən bir dəfə
sənin telefonunu
götürmüşdümki atama zəng
vurum,sən çox əsəbləşmişdin, qaşigi
qızdırıb mənim əlimə
basmışdın. Amma nə olsunki məni
çox istəyirdin deyə elə etmişdin.Günah
məndə idi ki sənin
telefonuna əl vururdum.Axı atam
mənə öyrətmişdiki başqalarının
əşyalarına əl vurmaq
olmaz.Bilirsən,mən hər gecə
yatanda əlimin üstündəki o qaşığın
izlərini öpürəm.Çünki səni
görmürəm ki öpəm.Əlimi öpəndə elə
bil səni öpürəm.Bir gün atam evin
ortasında uzanmışdı üstünə ağ
parça salmışdılar.Onda
nənəm,bibim, hami ağlayırdı.Ancaq sən
ağlamırdın.Mən nənəmdən
soruşdum ki niyə atam yerdə
uzanıb,siz niyə ağlayırsız, o
demişdi ki atan Allah babanın
yanına getdi.Sən ağlamırdın deyə
mən də ağlamırdım.Mən hələ də başa
düşmürəm axı niyə onlar
ağlayırdı,niyə o gündən sonra
atamı görmədim,niyə siz imkan
verirdiniz ki dayılar onu
çiyinlərində aparsınlar?
Ana, bilirsən, mənə burda müəllimlər
saymağı, aylarınadını
öyrədib.Mən bilirəm artıq 6 yaşım
var. Mən artıq 421 gündü ki
burdayam. Bax yazmağı da
öyrənmişəm.Sənə12ci
məktubumdu yazıram. Bilirəm
məktublarımı hər gün oxuyub
öpürsən. Mən də məktubu öpüb
göndərirəm sənə. Bilirəm ki bütün
məktublarıma cavab
yazırsan,ancaq müəllimələr paxıllıq
edib vermirlər mənə o məktubları.Ancaq
ana sən pis olma,
nə olsun ki heç verməsinlər,ons­­uz
da yaxınlarda
görüşəcəyik.Ana,bilirsən nə
yadıma düşür? Atam öləndən sonra
evimizə bir yekə kişi gəlmişdi.Yekə
qarnı,bığları varıydı.Gələn kimi
onu qucaqladın.Heç vaxt məni elə
qucaqlamamışdın.O sənin atan idi
hə?Çünki mən də həmişə atam evə
gələndə tez qaçıb elə boynunu
qucaqlayardim.Sonra siz gülə gülə
əvvəllər atam,sən,mən-3ün
yatdığımız otağa girdiniz.Sən
gülürdün çoxlu.Mən onda elə
sevinirdim ki.Çünki sən o dayı bizə
gəlmiyəndə elə gülmürdün.Sonra­­ o
dayı hər gecə gəlməyə başladı.Həmin
gündən nənəm də
bizə gəlmədi.Onda mənim ondan
zəhləm getməyə başladı.Çünki o siz
girdiyiniz otağın qapısını
bağlıyırdı,mən qonaq otağında
qalırdım.Divanda yatmalı
olurdum.Bilirəmonu da məni çox
istədiyinə görə etmisdin. Çünki
atam bizlə qalanda mən həmişə
istəyirdim ki divanda yatım,atam
qoymurdu. Sizin yanınızda
yatırdım. Ancaq o dayı gələndən sonra
sən mənim ən çox istədiyim
yerdə yatmağımçün, qapını
bağladın, mən divanda
yatdım. Həmin gün səni daha çox
istəmişdim.Çünki məni şox
sevdiyinçün elə etmişdin. Ancaq ora
xoşuma gəlmədi.Çünki başımın
altında balış yox idi, üstümdə də
heçnə yox idi,çox üşümüşdüm
ana.Həmin gecə ağlaya ağlaya
gəlib siz yatan otağın qapısını
döydüm ki,ana icazə ver gəlim sənlə
yatım bura çox soyuqdu.Sən
qışqırdın ki "cəhənnəm ol divanda
yat" Bilirəm məni
cəzalandırırdın. Axı əvvəllər orda
yatmağçün çox ağlamışdım.Güna­­h
məndə idi.Sən mənim daha yaxşı ağıllı
uşaq olmağımçün
çalışırdın.Həmin gündən mən
divanda yatmağa məcbur
oldum.Ana,sənə bir şey deyim-ora
çox narahat idi,belimə taxtalar
batırdı.Özüm sənə demirdim.Çünki
desəydim, narahat
olacaqdın, deyəcəkdın pulumuz
yoxdu divan almağa.Ona görə
demirdim.Amma o dayının pulu çox
idi,desəydin bəlkə alardı bizim
üçün. Axı o hər gün sənə təzə nəsə
alırdı...Ana, yadına gəlir bir gün bir
qadın gəlmişdi bizə.Kök qadın
idi. Qapını açan kimi cumdu sənin
üstünə.Saçındantutub qışqırırdı ki
"həyasız,tərbiyəsiz,kişimdən əl
çək.Ay camaat bu tərbiyəsizi,poz­­ğunu
qovun burdan"
Mən onda çox qorxmuşdum, həm də
ağlamışdım. Gedib arvadın ayağın
dişləmişdim ki sənin saçını
buraxsın.Bağışla ana, o vaxt səni
onun əlindən almağa gücüm
çatmamışdı. Ana, o qadın niyə sənin
üstünə qışqırırdı ki?Onun nəyini
oğurlamışdın?Bilirəm onu da mənim
xoşbəxtliyim üçün
oğurlamışdın. Həmişə mənim
xoşbəxtliyim üçün çalışmışdın...H­­əmin
gecə bizi o
evdən qovdular. Sən kiməsə zəng
vurdun. Yenə o yekəqarın kişi
hündür maşınıyla gəldi, bizi bir evə
apardı.Çox yekə ev idi.Lap restoran
kimi idi.İçinde pilləkanlar da var idi.Mən
ömrümdə elə qəşəng ev
görməmişdim.Hərgün sən təzə
paltar geyinirdin. Bilirəm, borc
alırdın, mən səni qəşəng görüm
deyə elə geyinirdin.Ancaq mənə
almırdın. Çünki qorxurdun ki, mən təzə
paltar geyinib daha çox
istiyərəm.Sənində pulun
çatmaz, pis olarsan. Düz edirdin
ana. Bilirəm sən məni çox
sevirsən...O evin hər tərəfini görə
bilmədim mən. Hər gün bir otağa girib
baxırdım ki gec
qurtarsın. Hələ 2 ci mərtəbənin
otağlarına baxa bilməmişdim. Sən
bir gün məni tezdən yuxudan
oyatdın. Dedin ki dur geyin
gedirik.Soruşdum hara? Dedin
cəhənnəmə.Mən əvvəllər heç
cəhənnəmdə olmamışdım. Bimirdim
necə yerdi. Ona görə çox
sevinirdim. Maşına mindik, o
yekəqarın dayı bizi indi qaldığım
binanın yanına gətirdi. Böyük müəlimə ilə
nəsə danışdın. O səni
nəyəsə məcbur edirdi. Sən
isə" yox, cəhənnəm olsun, mən uşaq
saxlayacaq halda deyiləm götürün
bunu" Müəllimə soruşdu ki
gələcəksiniz uşağın yanına? Dedin "yox"
və maşına tərəf qaçdın. Mən
də sənin arxanca qaçdım. Ancaq sən
maşına minmişdin artıq. Çox sürətlə
sürdü,mən nə qədər qaçsam da çata
bilmədim.Arxadan gələn
müəllimələr məni tutdu.Mən bilirəm sən
o müəlliməyə "yox"
cavabını verəndə zarafat
etmişdin. Hələ də zarafat edirsən
mənə. Gəlmirsən. Burdakı uşaqların
çoxunun anası çox pisdi.Bilirsən
niyə?Onlar uşaşları ilə heç zarafat
etmirlər.Hər bazar günü gəlib
uşaqları ilə görüşürlər...sənsə
yox.2 həftədi atamı hər gün
yuxumda görürəm. Gəlib əlimdən
tutur, sonra parka
gedirik. Əvvəllər.. Ancaq sən olmursan
yuxumda. Atam yuxuda
mənə dedi ki anan səni
atıb. Ana, atam da mənimlə zarafat
edire. Sən axı məni atmamısan,
pullanan kimi gəlib məni
aparacaqsan. Onagörə hər gecə uşaqlar
yatandan sonra çıxıb çöldə
səni gözləyirəm. Dünən də yenə
çıxıb yağışın altında
gözlədim, gözlədim.Ancaq yenə
gəlmədin. Yəqin hava çox soyuq idi
deyə gələ bilmədin. Yoxsa gələrdin.Axı
sən məni çox
sevirsən.Dünən gecə atam yenə
yuxuma gəldi. Ağ paltar
geyinmişdi. Əlinmənə tərəf
uzatdı, dedi ki gedək qızım, sənə
burda yer yoxdu,gədək mənimlə.Əlindən
tutdum. Ancaq
həmin dəqiqə oyandım. Başımın
üstündə çoxlu adam var
idi. Müəlliməm ağlayırdı.Bir ağ
xalatlı xala gözlərimin içinə işıq
salıb baxdı.Biraz sənə oxşuyurdu. Düzü,
üzünə yaxşı baxa
bilmədim. Gözüm dumanlı
görürdü. Qulağımda yaxşı
eşitmirdi, bütün səslər qarışmışdı
bir birinə. O xala mənə iynə
vurdu. Bədənim keyimişdi. Yanın­­da
kiməsə dedi ki çox gec gətiribsiniz
xəstəxanaya. Yağışın altında
dayanıb, sümüklərinə kimi
islanıb. Ağciyərləri şişib. Əlimizdən
heçnə gəlməz daha. İnanmıram ki
xilas edə bilək. ALLAHdan ümid
kəsilməz...Sonrasını
bilmirəm...ANA ATAM YENƏ GƏLİB
YANIMA. DEYİR Kİ, GEDƏK
MƏNİMLƏ. ONUNLA GEDİRƏM.
BİLİRƏM PULLANAN KİMİ GƏLİB
MƏNİ APARACAQSAN... SƏNİ
GÖZLƏYİRƏM... AXI SƏN MƏNİ ÇOX
SEVİRSƏN...


Tarix: 19.11.2013 / 04:10 Müəllif: Akhundoff Baxılıb: 311 Bölmə: Sevgi varmı?
loading...