Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səbəblər Səbəbsiz Olur…

Səbəblər səbəbsiz olur…

Bir ömur yetmedi, ya zamana sığa bilmədik, yada zaman bizə sığmadı…Bura Azərbaycandı deyib üstünə çox şeyi yüklədik, məsələn nakam sevgilərimizi, adına qürur deyib gecələr yorğan altda carəsiz uşaq kimi göz yaşlarını sildiyimiz hislərimizi.
Elə bilmə məndədi günah, küçələrin ayağına düşdüyüm günü xatırla məsələn, hasarın üstünə qoyduğum məktubları xatırla, birdə məhəllə
arvadlarının qeybətli pıçıltılarından çəkinib hər dəfə bir yalan uydurduğumu.
Bizim məhlə arvadlarının dilinə düşmə, yayın istisində güya, sərinləmək üçün hərəsi əlində bir kətil məhləyə düşürdülər .Sonrada başlayırdı qeybət, - kimin qızı hara getdi, kimin oğlu maşın aldı, kimin əri içib bu gün arvadını döydü-… Elə zəngin olurki qeybət siyahıları. Onların “radar”-ına düşməmək üçün gərək, hər gün bir bəhanə uyduraydın məhəllədən çıxanda. Hələ bu azmış kimi gərək, onlara bir bəhanəylə də eşitdirəydin uydurdugun bəhanəni.
Hər şey yadımdadı. Məsələn, yaxşı xatırlayıram ayrıldığımız günü, amma səbəbini xatırlamıram, sadəcə özümü inandırmaq ücün uydurduqlarım var… Ayrılıqlarda aciz olur səbəblər də, lap cəsarət kimi aciz.Ele olmasaydı ayrılıqlar da olmazdı.
Unutmamışam, məni izləməyini ve xəlvət bir yerdə qolumdan tutub “mən səni unuda bilmirəm” deməyini.
Illər ötdü gözlərimizin, saçlarımızın qarasından, uzun yollar addım-addım qovmuşdu hərəmizi bir yana.Xatirəmdə partiretin də parçalanmışdi, yamamışdım parçalanmış görüntünü xəyallarımla.
Haçansa, səni birdə görəcəyimi bilirdim.
Gəlişin, lap məhlə arvadlarının qeybətləri kimi pıçıltılı oldu.Bütün yolu itirə-itirə gəldiyini də duyulurdu gözlərinin bozundan, dərinin qırışından, belinin bükülməyindən, taqətsiz duruşundan.
Həmişə bir səbəb olub, cəsarətinin səsini kəsməyə.Bu dəfəsə ruhunun parça-parça tərk etdiyi yerlər kəsirdi cəsarətinin səsini .


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 60 Bölmə: Sevgi varmı?
loading...