Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Valideyne Qaygi En Gozel Ibadetdir

Bəli, Valideyinə qayğı, ən gözəl ibadətdir..İndi nəql
edəcəyim iki qardaşla bağlı hekayə fikrin nə qədər dərin
məna və ibrət yüklü olacağını əyani sübut edəcək..
İki qardaş var imiş. Bunların qayğıya möhtac anaları da
var imiş. Hər gecə qardaşlardan biri ananın xidməti ilə
məşğul olur, digəri ibadətlə məşğul olardı.. Bir axşam,
ibadət edən qardaş etdiyi ibadətdən aldığı həzz və
mənəvi rahatlığı hiss edib qardaşına deyir:
- Bu gecə də anama sən qulluq elə, mən ibadət edim.
- Qardaşı təklifi qəbul edir. İbadət edərkən yuxuya
gedən qardaş yuxuda bir səs eşidir. Səs ona:
- Qardaşını bağışladıq, səni də onun xətrinə bağışladıq.
Bu sözləri eşidən gənc:
- Mən Allah Təalaya ibadət edirəm. Qardaşım isə anama
xidmət edir. Bəs nə üçün məni onun etdiyi əmələ görə
bağışlayırsınız? Mənim ibadətimin savabı, fəziləti daha
çox olmalı deyil ? dedi.
Səs ona:
- Sənin etdiyin ibadətlərə bizim heç bir ehtiyacımız
yoxdu. Ancaq, qardaşının anana etdiyi xidmətlərə
ananın ehtiyacı vardı, ona görə qardaşın valideyninə
etdiyi qayğı Allah dərgahında sənin ibadətindən daha
yüksəkdi.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 46 Bölmə: Sevgi varmı?
loading...