Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən Bilirəm

İnsanı ən çox incidən şey söyləmək istəyib də söyləmədiyin sözlərdi … Sənə söyləmədiyim hər bir söz, acı bir dərddi mənə… Sənə hər baxdığımda gözlərimin gözlərində qaldığını, səsini hər duyduğumda qəlbimin qəfəsdə olan bir quş tək çırpındığını … məni məndən aldığını … söyləyəmədim… Qaçmaq istədim səndən, sənin gözlərindən, sənin səsindən buraxmadın… Xəbərin belə olmadan saxladın məni, bilmədən acılar verdin mənə, bilmədən … öldürdün…
Sənin yanında olmaq istərkən, sənə baxmaq, səninlə danışmaq istərkən … sənə hər kəsdən doğma olacağım halda, hər kəsdən ögeyəm … bilirəm bu ögeyliyi, bu soyuqluğu mən yarattım, mən dua ettim Tanrıya məni unudasan deyə, başqa biri ilə xoşbəxt yaşayasan deyə… bilirəm günah məndədi…səssiz sevdim səni… sən bilmədən…fərqində belə olmadan … hiss etmədən…hiss etdirmədən sevdim səni … bu acı ilə yaşamağı və bu acını ürəyimdə saxlamağı gözə alaraq sevdim… usanmadan,utanmadan, çəkinmədən, bir an belə yorulmadan, bezmədən sevdim səni… sevdiyimi bilsən, qəbul etməsən də sevərdim … önəmli olan gizlicə olandı..kimsə bilmədən sevdim səni, səndən və hər kəsdən xəbərsiz sevdim…səni narahat etmədən sevdim…susmağın necə çətin olduğunu səni sevdikdən sonra dərk etdim … ən çox söyləmək istədiyim kəlməni, səni görərkən söyləmədiyim , susub qaldığım anda öyrəndim eşqi …yenə də vazkeçmədim …
gözlərin bütün insanların yaşamaq istədikləri, qazanmaq istədikləri Cənnətdir … gözlərindən oxuyurdum məni sevdiyini … bəlkədə sən də bilmədən deyirdi gözlərin "Səni Sevirəm” … Bir zaman nifrətlə baxdığım gözlər deyirdi bu kəlmələri …
sən bilməsən də, mən bilirəm, bir gün sən də biləcəksən bilirəm … bir gün söyləmədiyim bütün sözlər qəlbimdən yol alacaq gözlərinə, ürəyim yol alacaq ürəyinə…Bir gün biləcəksən, qəlbimin tək sahibi sən olduğunu, bir gün biləcəksən, gözlərimin tək səni axtardığını, bir gün biləcəksən tək səni sevdiyimi, bir gün biləcəksən tək sənin sevginə inandığımı ... sən bilməsən də, mən bilirəm ...
yanımda olmasan belə, əsla sənsiz deyiləm, əsla sənsiz olmadım … qəlbimin hər döyüntüsündə var idin çünki…
hər zaman gözlərimin önündədi sevgi dolu baxışların, şirin gülüşün… mənə gülməni istəyirəm əvvəlki tək, mənim üçün gülməni istəyirəm… o sevgi dolu baxışlarını istiyirəm … məni nə qədər sevdiyini oxuduğum gözləri istəyirəm …
bağışla məni … sənə olan sevgimi sözlə ifadə edə bilmədim, sözlə ifadə edə bilməyəcəm, yalnız gözlərimdən oxuyacaqsan səni sevdiyimi … dilim "Səni Sevmirəm, çıx həyatımdan ! ” dedi … amma gözlərim "Səni sevirəm, qayıt ömrümə” deyəcək…bir gün deyəcək …
sən bilməsən də mən bilirəm…sevirəm səni, sən bilməsən də , mən bilirəm ...Həyat adlı kitabımın oxunmamış romanısan …
Yalan Dünyada Tək Gerçəyim Sənsən !!!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 138 Bölmə: Sevgi varmı?
loading...