Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**3_TeSiRLi_HeKaYe**

1.ÜMİD
------------------------------------------------------------------------------------------
Dörd şam sakitcə yanırdı.
Otaqda səssizlik olduğu
üçün şamların pıçıltısı
eşidilirdi.
Qapının arxasında dayanan
uşaq diqqətlə onların
söhbətini dinləyirdi...
Birinci şam “Mən Sülhəm.
Ancaq heç kim mənim
yanmağıma kömək etmək
istəmir.
Nə qədər yanmaq istəsəm
də, bilirəm ki, sönəcəyəm”
– dedi və
səssizcə söndü...
Ikinci şam “Mən
Səmimiyyətəm.
Ancaq deyəsən, heç kimin
mənə ehtiyyacı yoxdur.
Artıq yanmağımın da bir
mənası qalmadı”, - dedi və
sönərək qaranlıqlara qərq
oldu...
Üçüncü şam “Mən
Sevgiyəm. Ancaq insanlar
məni özlərindən
uzaqlaşdırmağa çalışırlar.
Artıq onlar öz yaxınlarını
da sevmirlər”, - deyərək bir
göz qırpımında sönüb
getdi...
Pıçıltıların kəsildiyini görən
uşaq içəri girdi. Sönmüş
şamlara
baxaraq hönkür-hönkür
ağlamağa başladı.
Dördüncü şam yumşaq bir
səslə uşağa
təskinlik verərək “Qorxma,
nə qədər ki, mən yanıram
heç bir şam sönə bilməz.
Çünki, mən ÜMİDƏM!” –
dedi. Gözləri parıldayan
uşaq Ümid şamını
götürərək o biri şamları
yandırdı...
2.Hökm çıxarmağa tələsmə!
------------------------------------------------------------------------------------------
Cərrahın telefonu zəng
çaldı:
-Bəli, eşidirəm.
-Cənab həkim, ağır xəstə
var, özünüzü
çatdırın.
-Gəlirəm –deyib həkim
tələsik yola düşdü.
Həkimi xəstəxanada ağır
xəstənin atası
qınaqla qarşıladı:
-Mənim oğlum ölüm
ayağındadır, nə üçün
gecikirsiniz?! Öz
oğlunuz olsaydı belə
edərdinizmi?!
Cərrah gülümsədi:
-Mənə xəbər çatan kimi
tələsik gəlmişəm. Bir
də unutmayın
ki, həyat və ölüm Allahın
əlindədir.
Cərrah əməliyyat otağına
daxil oldu. Əməliyyat
iki saat çəkdi.
Cərrah otaqdan çıxıb
dəhlizdəki atanın
yanından sakitcə
ötüb-keçdi. Ardınca
köməkçi həkim çıxdı.
Ataya "oğlunuz
yaşayacaq” – dedi. Ata bir
an sevindi. Sonra
yenə
qəzəblənib dedi:
-Cərrah pis adamdır. Nə
olardı çıxanda mənə
xoş xəbər
verəydi?!
Köməkçi həkim cavab
verdi:
-Cərrahın oğlu avtomobil
qəzasında dünyasını
dəyişib. Biz
onu dəfn mərasimindən
çağırdıq. O gözəl
insandır. Oğlunun
dəfn mərasimi başa
çatmamış sizin oğlunuzu
xilas etmək
üçün xəstəxanaya gəldi..
3.Çörək
------------------------------------------------------------------------------------------
Səbrlə oxuyun...
Bu hadisəni bir dostumdan
eşitmişdim.Dostumun evində
televizor xarab olur.Və
televizoru təmir etmək üçün
gələn usta televizorun arxasını
açır.Ancaq gördüyü mənzərədən
özünü saxlaya bilməyərək
gülür.Çünki televizorun arxası
çörək qırıntıları ilə dolu idi və
sözsüz ki bunu evdəki 4 yaşlı
qızcığazdan başqa heç kim edə
bilməzdi.Bəlkədə bu hadisə hər
hansı birimizin evində baş versə
idi tez özümüzdən çıxar və
həmən uşağı elə ustanın
yanındaca cəzalandırardıq.Ancaq
dostum heç halınıda pozmur.Və
usta gedəndən sonra uşaqla
danışır.Öyrəndiklərindən sonra
isə oturub hönkürə-
hönkürəağlamağa başlayır.Heç
demə uşaq televizorda
xəbərlərdə verilən ac uşaqları
gördükcə mətbəxdən çörəkləri
gətirib və televizorun
arxasındakı deşiklərdən içəri
atırmış.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 116 Bölmə: Sevgi varmı?
loading...