Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümid Gözəldir Və Gözəl Olan şeylər əsla ölməz

Əsla var olmayacağını, reallaşmayacağını bilərək bir nağıla inanmaq nə fayda verər insana?

O nağılda itmək, sonunda ağılı itirmək demək deyilmi?

Heç bir zaman gəlməyəcəyini bilə-bilə gedəni gözləmək niyə?

Gedən getdiyi yerdən məmnunsa və dönmək üçün də bir səy sərf etmirsə ya da dönə bilməyəcəyi bir yerə getmişsə; dönməsi üçün dualar etmək. dua israfı olmazmı, bədbəxt etməzmi adamı?

Ya da insanlığın qəbul etdiyi bir ‘gerçəyin' əksinə sığınmaq, onu diləmək hara aparar bizi?

Qəbul etmənin verdiyi həzzi verə bilərmi diləklər, ipə sapa gəlməz xülyalar?

Nümunələr çoxaldıla bilər; azaldıla bilər ya da dəyişdirilə bilər. Nəticələrində bir dəyişiklik olmayacaq. Gerçək, hər vaxt üçün çılpaqlığıyla qarşımıza çıxacaq və qarşısında sonunda görəcəyik acı olanı…


Yaxşı amma niyə aldadırıq özümüzü belə?

Niyə ümid edirik dayanmadan? Dəyişəcəyini düşünürük həqiqətin, dəyişəcəyini fərz edirik həyatın…

Niyə gedənin geri gələcəyini, olmayanın var olacağını, düşənin qalxacağını, azalanın çoxalacağını ümid edirik?

Çünki "bu" yaşadır bizi.

Həyata tutunmamızı təmin edir.

Keçmişi təmizləməmiz də yenə o ümid sayəsində olur. Onun sayəsində daha yaxşı hiss edirik özümüzü, o qədər acı gerçək arasında…

Yeni bir günə oyandığımızda, nəfəs alışımızı o ümid qiymətli edir.

Daha yaxşı insanlar oluruq bəlkə də ümidlərimiz sayəsində....

Uşaqlarımıza yaşana bilər bir həyat buraxmağa çalışırıq…

Yaşamağa, dinləməyə, gülməyə cəhd göstəririk…

Nəfəs alırıq onunla… Ümid edin: əlinizdən gəldiyincə ümidləndirin insanlığı…


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 31 Bölmə: Sevgi varmı?
loading...