Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənin Haqqında Danışmağımı Istəsəydilər?

Bir ömür danışardım, amma yenədə bitməzdi...Sənin hər telini anlatmaq üçün bir ömür lazımdır...Susmazdım `1` dəqiqə səni anlatmaq üçün... Sıxardım bütün nəfəsimi, danışardım boğulana qədər...
Desəydilər yaz onu: yazardım ən gözəl şeirləri...bütün sevgi hekayələrini...Yazardım şairlərin şeirlərində yazmaq istədikləri `O` mələyi... Yazardım `O`nu vərəqlər bitənə qədər...Yazardım `O`nu dənizlərə,okeanlara... Yazardım `O`nu buludlara...Yazardım `O`nu dəlicə sevən ürəyimə...Yazardım `O`nu günəşə, heç kim silə bilməsin deyə...Yazardım səni damarımda axan qanımla, qoy bilsinlər sən mənim qanımdasan...
Desəydilər şəklini çək `O`nun:çəkərdim bir dünya,çünki `O` mənim dünyamdır...Sonra dünyanın bütün güllərini çəkərdim,deyərdim bax bütün bu güllərdə olan gözəllik `O`ndadır,mənim gülümdə...Çəkərdim mələklərin şəklini, deyərdim bax `O` bu mələklərdəndə gözəldir...
Çəkərdim səni dünyada bütün rənglər bitənədək,çünki, bütün gözəlliklər səndə öz əksini tapır...Çəkərdim ulduzları,səndə onlar kimi parlaq və əlçatmazsan...
Desəydilər kimdi `O`?
`O` deyərdim, bəli bəli `O`..
Səhərlərə qədər `O`nu düşünməyə vadar edən `O`...Bir əlimə Günəşi, bir əlimə də Ayı versələr yenə də `O`ndan imtina edə bilməyəcəyim `O`...Qışın dondururucu soyuğunda məni günəş kimi isidən `O`...Bahar çiçəyi kimi ətir saçan `O` ...Qışda yağan bütün çirkinliklərin üstünü örtən pak qardır `O`...
Mənə dünyanın bütün gözəlliklərini göstərən `O`...Hər aldığım nəfəsdə hər atdığım addımda, hər gülüşümdə, hər sevincimdə `O`nun olduğumu anladığım `O`... Yanımda olanda belə darıxdığım... Gedəndə isə ayağını basdığı hər yerə qısqandığım `O`... Bəli, bəli `O`...İndi yazdıqlarımı oxuyan `SƏN`! `SƏNİ ÇOX SEVİRƏM`...!!!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 31 Bölmə: Sevgi varmı?
loading...