Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SƏN Və MƏN

Səni ifadə edən bir cümlə yazmaq istəyirəm...Ən üvi hisslərlə dolu bir cümlə. Sözləri axtararaq səni düşünürəm. Onlarda səni tapacağım sözləri... Ən pis hissləri ifadə edən sözlər belə səni düşünərkən necə sevgi dolu səslənir... Məgər hisslər sözlərin mənasını dəyişirmi?
Sənli cümləmi hansı sözlərlə ifadə edəcəyimi bilmirəm... Amma...bir söz səni mənə xatırladır-
“ SƏBƏB”

Səbəbisən dodağımdakı təbəssümün...Səbəbisən Gülüşümün...Ətrafı şənləndirən, sakitliyi pozan gülüşümün...

Səbəbisən Sevincimin...Gözlərimi parıladan ,hisslərimi yaşadan sevincimin...

Səbəbisən xoşbəxtliyimin...Məni sevindirən, güldürən , yaşadan xoşbəxtliyimin...

Səbəbisən Sevgimin...Ən pisləri yaxşı edən , gözəllikləri görsədən , hiss etdirən ,yaşadan sevgimin...

Sən həyatımda bütün gözəlliklərin səbəbisən...Bütün sevinclərin səbəbisən...Ən unudulmaz anların səbəbisən...Həyəcanın səbəbisən...Hər səsini duyarkən duyduğum həyəcanın səbəbi...

Sən həyatımın səbəbisən...Həyat...Həyat yalnız gözəllikdən, sevincdən, gülüşdən, xoşbəxtlikdən ibarət deyilki... Həyat sevgi-nifrət , gülüş-göz yaşı , xoşbəxtlik- bədbəxtlik , sevinc- kədər sözlərindən ibarətdir...Sən isə həyatımda bütün gözəlliklərin səbəbi oldun...Bəs Göz Yaşlarımın səbəbi olarsanmı??
Səbəbi ol Göz Yaşlarımın...Yanağımdan süzülərək dodağımda əriyən göz yaşımın...Hiss edim hər süzülən damcısını...Ağlamaq istəyirəm...Düşünməki ağlayıram əzabdan ,ağrıdan .Yooox,əsla bu belə deyil. Mən ağlayıram Səbəb Sənsən deyə...Həyat da bəzən bizi bizdən xəbərsiz ağladır. Səbəbi ol göz yaşımın , əgər həyatın zərbələrində birdən ağlasam , əzab ağrı çəkməyim...Çünki Gözyaşımdakı Səbəbsən...


Sən cümləmsən sözləri hisslərimdən ibarət, hecaları isə MƏN və SƏN olan...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 58 Bölmə: Sevgi varmı?
loading...