Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağ Evin Qemli Hekayesi

Həyat qəribədir. Amma onun qəribəliklərini biz başa düşmürük. Bəzən əlimizdəki xoşbəxtliyi görmürük onun dəyərini isə itirəndən sonra bilirik. Amma artıq gec olur. Ayan maqazində satıcı işləyirdi. Bir gün maqazinə gələn cavan bir oğlan yolu azdığını soylədi. — Mən buradan necə cıxa bilərəm? — Siz hara getmək istəyirsiniz? … — Mən dənizə getmək istəyirdim amma yolumu azdım. — Bu dongəni kecin duz gedin yolun sağ tərəfində bazar yazılıb oradan sola donun. — Cox sağ olun xanım cox minnətdaram. Adım Nihatdır. Bəs sizin? -" Sağ olun" deyə Ayan cavab verir. Adının gizli qalmasını istəyən qız ona adını demək istəyirdi amma nədənsə demədi. Səhəri gun isə gələndə yenə o oğlan dukanın qarşısında durmuşdu. Əlində olan bir dəstə qırmızı gul ilə. Qız onu gorəcək ozunu itirdi amma nə deyəcəyini bilmədi. " Mən sizə oz minnətdarlığımı bildirmək istəyirəm. Xahiş edirəm bunu mənə cox bilməyin." Bəli onların tanışlığı belə başladı. Ayan ozunu yuxuda hiss edirdi. Ona elə gəlirdi ki, o yuxu gorur. Axı ola bilməz mən necədə xoşbəxtəm. O uşaq vaxtı ana və atasını itirmişdi ozu də nənəsi ilə yaşayırdı. Ehtiyac uzundən işləyirdi. Amma Nihat cox varlı, adlı sanlı bir ailənin oğlu idi. Nihat ilk dəfə idi ki, ozunu belə xoşbəxt hiss edirdi. Sanki həyatın mənasını Ayanda gorurdu. Hər gun səhər gul dəstəsi ilə Ayanı qarşılayırdı. Və nəhayət o ozunu toplayıb Ayana onu sevdiyini dedi. Beləliklə də onlar ailə həyatı qurdular. Hər şey nağıl kimi idi. Onların hər gunu sevinclə kecirdi. Gunlərin birində Ayanın aldığı xəbər onu cox sarsıdır. Ayan hec vaxt ana olmayacaq. Bunun carəsi yox idi. Ayan hər gunu uzuntu icində kecirirdi. Amma nə etməli olacağa carə yoxdur. Buna baxmayaraq Nihat hər gun ona deyirdi: "Ayan mən səni sevirəm əsas budur. Qismət bu imiş. Allah nə qoyubsa o da olacaq. Hec urəyini sıxma o qədər ana sevgisindən məhrum uşaqlar var. Sən oz analıq sevgini onlardan birinə verərsən." Beləcə illər kecdi. Nihat iş ucun başqa olkəyə yollanmalı idi. Onlar dəniz kənarında gəzirdilər. Ayanın gozu dəniz kənarındakı ağ evə sataşdı. Evin onundə satılır yazılmışdır. Ayan Nihata bu evi almağı təklif etdi. Nihat:" Sebr elə sevgilim mən qayıdanda alarıq. Sən isə o ev barəsində yaxşı-yaxşı planlar qur." Səhəri gun Ayan Nihatı yola salır. Onu bərk-bərk qucaqlayıb yola salandan sonra onun arxasınca baxırdı. Nədənsə urəyi sıxılırdı. Birdən" Nihat" deyə Ayan cağırdı. Onun arxasınca qacıb ona elə bərk sarıldı ki, sanki urəyi yerindən qopdu. Ayan ağlamağa başladığı anda onun axıtdığı goz yaşlarını Nihat sildi və cavabında:" Ağlama mən gələcəyəm soz verirəm və o dəniz kənarındakı ağ evi alacağıq. Ağ evin onundə isə bir restoran acacağıq. Bir uşaqda goturərik. Hər şey yaxşı olacaq. Sağ ol urəyim" deyib yola duşdu. Ayan gunləri sayırdı. Amma Nihat hələdə ona zəng etməmişdi. Bir gun Nihat zəng etdi. Nihatın soyuq danışığı onu cox sarsıtdı. - Nihat sənə nə olub? -Hecnə. Nə olmalıdır ki? -Bəs bizim dəniz kənarındakı planlarımız? -Sənə nə olub Ayan sən elə pul xərcləməyi bacarırsan. Səbr elə dedim axı və sağ ol. Deyib
Ayanın sozunu dinləmədən dərhal dəstəyi asdı. Ayan cox sarsıldı. Sanki yuxu gorurmuş kimi duşunməyə başladı. Oz- ozluyundə ozunu gunahkar sandı. Səhərisi gun rəfiqəsi onun qonağı oldu. Ayan səninlə
danışmalıyam. Nihat zəng etmişdi. -Hə?! Nə dedi???! -Bilmirəm hardan başlayım! -O daha donməyəcək! -Sən dəli olmusan ???! -Yox sadəcə orada onun başqa biri ilə olduğunu bildim!!! " Sən yalan deyirsən" deyə Ayan onu dərhal evdən qovdu. Butun gecəni səhərə qədər yatmadı. Nihata zəng etmək istədi. Amma Nihat ona nə nomrə, nə də ki adresini vermişdi. Ayan butun həyatını yada saldı və ağlayaraq mən həqiqətən də yuxu gorurmuşəm deyə səhərə qədər sayıqladı. Səhər Nihat zəng etdi -Nihat əzizim nə vaxt gəlirsən? -Sən yenə başladın? -Demişəm axı işlərim qurtaranda. -Nihat mənə yalan demə! -Ayan bəsdir mən artıq səndən bezmişəm!!! Sağ ol belə deməmiş dəstəyi asdı. Ayan sanki artıq dəli olurdu. 3 ay kecdi. Hər gunu zəhər olmuşdu Ayanın. O hətta necə dəfə ozunə qəsd etmək belə istəmişdi. Amma yalnız və yalnız umidi onu yaşamağa vadar edirdi. Qapı döyüldü. Səhər tezdən Ayan qalxıb qapını acdı. Bu onun rəfiqəsi idi. -Niyə gəlmisən yenə onun başqasını sevdiyini deməyə?! -Ayan məni dinləməlisən! Məni dinləməsən də hec olmasa bu zərfi oxu. Ayan zərfi alıb oxumağa başladı. "Salam mənim əzizim Ayan. Təəccublənmə bu mənəm Nihat. Bağışla məni. Mən səni bu 3 ayda cox hirsləndirdim. Sənin xətrinə dəydim. Mən istəmirdim
sən mənim necə əzab cəkdiyimi gorub uzuləsən. Mənim axırıncı muayinəm pis cıxdı. Mənim başımda ki ağrıları xatırlayırsan? Onlar məndə xərcəng xəstəliyinin əlaməti imiş. Məni bağışla sevgilim. Mən sənin uzulməni istəmirdim amma mən sağalacağıma umid edirdim. Bu gun oktyabr ayının 5-dir. Yəqin ki, sən bu məktubu oxuyanda mən artıq həyatda olmayacağam. Amma hər halda zərfin icindəki acarları gotur. O həmin o ağ evin acarlarıdır. Orada restoran acarsan. Bir də yadından cıxmasın ki, sən yaşamalısan. Mən səninlə olacağam. Əlvida mələyim." Məktubu oxuyacaq Ayan sanki yuxudan ayıldı. Ola bilməz deyə qışqırmağa başladı. Ayan rəfiqəsinin bu sozlərinə inanmayaraq mən Nihatın yanına gedirəm dedi. Rəfiqəsi isə cavabında Ayan, o artıq həyatda yoxdur, onun ailəsinə də xəbər ver!!! Beləcə illər kecdi. İndi dəniz kənarındakı, ağ evdə tamam başqa bir sevinc var.Bu gun Ayan uşaq evindən goturduyu oğlu Nihatın ad gununu qeyd edir. Tez-tez dənizə tərəf gedib oz ozunə nəsə danışır və sanki o başını kiminsə ciyninə qoyur. Bilmək olmaz dunya qəribədir. Bəlkə də o Nihatla birgədir…


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 162 Bölmə: Sevgi varmı?
loading...