Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Esgerin Hekayesi

Əsgərliyini bitirmiş olan gənc əsgərlikdə olduğu
şəhərdən ailəsinə zəng etdi:
-Ana ata, evə qayıdıram, amma sizdən bir şey xahiş
edəcəm. Yanımda bir yoldaşımı da gətirmək istəyirəm.
-Məmnuniyyətlə, onunla tanış olmaq istəyərik dedilər.
Oğulları:
-Ancaq bir məsələni bilməyiniz lazımdır
deyə davam etdi. Yoldaşım döyüşdə ağır
yaralandı. Minaya düşdü və bir qoluyla
bir ayağını itirdi. Gedəcək heç bir yeri
yoxdu və onun gəlib bizimlə qalmasını
istəyirəm.
-Bunu eşitdiyimə kədərləndim oğlum.
Bəlkə onun başqa bir yer tapmasına
köməkçi ola bilərik.
-Xeyr. Ana, ata, onun bizimlə yaşamasını
istəyirəm.
-Oğlum, dedi atası, bizdən nə istədiyini
bilmirsən. Onun kimi qüsurlu biri bizə
qorxunc bir yük olar. Bizim öz həyatımız
var, bunun kimi bir şeyin həyatımıza
mane olmasına icazə verə bilmərik.
Məncə bu yoldaşını unudub evə
dönməlisən. O öz başının çarəsinə
baxacaq. Oğlu o anda telefonu söndürdü.
Ailəsi ondan bir müddət xəbər ala
bilmədi. Amma bir neçə gün sonra, polis
şöbəsindən bir zəng gəldi. Oğullarının
yüksək bir binadan düşüb öldüyünü
öyrəndilər. Polis bunun intihar olduğuna
inanırdı.
Kədər dolu ana-ata oğullarının cəsədini
təsbit etmək üçün şəhər meyitxanasına
aparıldılar. Onu tanıdılar və bilmədikləri
daha bir xəbəri öyrənincə dəhşətə
gəldilər:
Oğullarının yalnız bir qolu və bir ayagi vardi....


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 46 Bölmə: Sevgi varmı?
loading...