Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözüm Hər Yerdə Səni Axtarır!

Gözüm hər yerdə səni axtarır. Baxdığım hər nöqtədə səni görürəm. Aldığım hər nəfəsdə səni yaşayıram. Sanki əzəldən sən olmamış, məni sevməmiş kimidir bu fani həyat. Sanmışdım ki, mənim tək sevən bir insanın qapısını ayrılıq çalmaz. Amma bilmirdim ki, sən gələn gündən mənim qəlbimin qapısını ayrılıq üçün açıbsan...



Gəldin həyatıma. Gizli bir sevda kimi yaşadım səni. Sanki sən gördüyüm ən gözəl yuxu idin. Səni heç kəsə danışmadım. Səni qəlbimdə hər kəsdən gizlin elə bir sevda ilə sevdim ki, indi nə səni unutmaq olur, nə də səndən başqasını sevmək. Sanki sən qəlbimin dərinliklərinə düşmüş və oradan bir daha çıxmayacağın üzərə məhbusa çevrilibsən.

Kaş sən mənim olardın, mənimlə olardın. Ən pis günlərimdə belə səninlə unudulmayacaq qədər ən gözəl günlərimi yaşayardım. Sən qəlbimin solmaz gülü, gizli bir sevdam, şübhə etmədən sığınacağım, dərdlərimi böləcəyim tək həmdəmim, sakit gecələrdə gördüyüm ən gözəl yuxum, yaşadığım ən gözəl xəyal, yaşamağına can atdığım ən sirli dünyam, tufanlı anlarda sığınacağım limanım, qarşılıqsız sevdiyim, tək sevgilimsən...



Mənim sənə olan sevgim cavabsız qalan telefon zənglərinə bənzəyir. Qapısı açılmamış bir evə bənzəyir ilk eşqim. Kimsəsiz bir nömrə, sahibsiz bir , yanağından öpən olsa belə..yolunda ölməyə hazır olan..

Səni mənim qədər sevən bir sevənin olmayacaq...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 65 Bölmə: Sevgi varmı?
loading...