Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalnızlığın Bu Növünü Heç Yaşamadım Mən

Yalnızlığın bu növünü heç yaşamadım mən.O isə
bu yalnızlığın dərmanının,sən,olduğunu
bilirəm.Əlimi uzatsam tutacağını,qayğılarla dolu
saatların bir anda yox olacağını
bilirəm.Fikirləşdiyin qədər güclü deyilmişəm
demək ki!...
Danışmaq istəyirəm..."Səni heç
sevməmişdim,sənə dəyər vermemişdim" demək
istəyirəm...Amma çıxmır bu sözlər
ağzımdan.Tıxanıb qalır boğazımda.Necə deyə
bilərəm ki,bunu? Səni,fikirləşməyin belə mənə
həyəcan verdiyini necə inkar edə bilərəm?..."Sən
həyatımda dəyişik bir rəng idin.Dəyişiklik
axtarırdım,sən,mənə yaxınlaşdıqda uzaq qala
bilmədim" demək istəyirəm.O isə rənglərin
gözəlliyini səninlə kəşf etdim,mən.Hər rəngə
sənin adını verdim.Həyatımda bir dəyişiklik
oldusa,bu səninlə gəldi.Səndən uzaq qalmağı heç
fikirləşmədim ki! Sənə yaxın olmanın verdiyi
həzzi başqa hansı duyğu daddıra
bilərdi,mənə?..."Diqqət çəkici idin,gözəl idin.Bu
tərəfinlə diqqətimi cəlb etdin mənim".Sən yox
idin - sözlərin vardı,özün yox idin ruhun
vardı,həyata baxışın vardı.Və mən sənin
olmadığın zamanlarda bax bunlarla yaşadım.İndi
"məni sadəcə cazibədarlığın diqqətimi çəkdi
desəm" özümü inkar etmiş sayılmaram?...
"Kilometrləri sənin üçün qət etmədim.Sadəcə elə
zənn etməyini isdədim.Bir oyun idi bu" demək
istəyirəm.Amma özümü aldadıram...Çünki mən o
yolları içimdəki o tərif edilməz həyəcanla aşdım.
Səni gördüyümdə yaşadığım titrəyişi gizlədə
bilmək üçün,nə edəcəyimi bilmədim....Əslinə
baxarsan "mən sevgiyə filan da çox inanmıram"
demək istəyirəm.Sevginin gücünün həyatdaki
başqa heç bir şeydən daha qüvvətli ola
bilməyəcəyinə inanarkən...Doğruları ürəyimin
səsiylə taparkən...İnsanı insan edənn ən vacib
şeyin "sevgi" olduğunu fikirləşərkən...Sevgiyə
inanmıram demək,mən heç yaşamadım deməklə
eyni mənalıdı...
Həyat həmişə seçimlər buraxar,insana.Amma hər
zaman ən doğrusunu seçmək mümkün deyil.Vacib
olan yaşanan yalnışda olsa,bundan sabaha dair
bir dərs çıxara bilməkdir...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 63 Bölmə: Sevgi varmı?
loading...