Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlini Tutarkən ürəyimdə Qopan Fırtınanı Duyan Olar

Sevdiyim tərəfindən sevilən olmaq istəyirəm. Səni bərk-bərk qucaqlayıb pıçıltı ilə qulağına "Mən səni sevirəm" deyəndə, "Mən də səni



sevirəm" deyən olarsanmı?

Hər zaman yanımda hiss etmək istəyirəm səni. Hər zaman məndə olmağını istəyirəm. Bir ömür ürəyimdə bağlı qalan olarsanmı?

Hər dəfə baxışdıqda gözümdə hər dəfə eyni şiddətdə olan qığılcımı görən olarsanmı?

Bizə qarşı olanlarla sən, mən ayrı-ayrılıqda yox, sevgimiz mübarizə aparsın istəyirəm. Mənə belə bir sevgi verən olarsanmı?olarsanmı?









Utanmaqdan qızarmış yanaqlarına ovucumun içi ilə toxunaraq, səni öpmək istəyirəm. Məni öpən olarsanmı?

Başını sinəm üstə qoyaraq qəlbimin səsini dinləyən olarsanmı?

Sevgimizin və sənin qarşında diz çöküb həyatının qalan hissəni mənimlə bölüş desəm, həyatının qalan hissəsini mənimlə birləşdirən olarsanmı?

Hər gün yuxu görürəm. Bəzən səni də görürəm... Hər gün yuxumu bəzəyən mələk olarsanmı?

Yuxusuz gecələrimdə səmada yan-yana iki ulduz görürəm, biri mən olsam, digəri olarsanmı?

Bütün bu dediklərimi dildə deyil, ürəkdən dediyimi hiss edən olarsanmı?

Bütün bu istəklərimi istəyən olarsanmı?



İndi nə deyirsən, gözəlim? Mənim olarsanmı?


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 34 Bölmə: Sevgi varmı?
loading...