Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsgərim Mənim

Əsgərim mənim, canım mənim, həyatım. Nəfəsim. Bədənimdə dayanmadan axan qanım. Ruhum mənim, çox uzaqlardasan…
Çox əzablardasan…çox soyuqlardasan…çox yağışlardasan..
Kaş sənin o əzablarını mən çəkərdim, o soyuqları mən hiss edərdim, o yağışlarda mən islanardım.
Əsgərim mənim, darıxmıram sənsiz..ÖLÜRƏM. Ürəyim parça parça, yaralı yaralı səni axtarır…Sənə oxşar üzlər axtarır, səsinə oxşar səslər. gözlərini axtarır…məni qoruyan əllərini axtarır…axtarır amma tapmır..şəklinə baxmaqdan da yoruldum…çünki əlimi bədəninə vurub, istiliyini hiss edə bilmirəm.qulağımı sinənə qoyub, ürəyinin döyüntüsünü eşidə bilmirəm..
Ruhum mənim, sənsizlik məni çox incidir..ürəyim elə ağırlaşıb..gözlərim elə yaşarıb. Əllərim soyuyub, sevincim isə yox olub.
Sonuncu dəfə səni görməyim yadıma düşür..düz 1 il öncə..gözlərin dolmuşdu, amma ağlamadın, "sənə sağ salamat qayıdacam" deyə söz verib yola düşdün…


Sonuncu dəfə telefonda ağlamağın yadıma düşür.."Məni unutma" deyən səsini. Göz yaşlarını belə silə bilmədim..
Gözüm yollarda, əlim telefonda…bəlkə gələrsən..bəlkə zəng edərsən.
Həyatım mənim, bu gün ananla danışdım. O da çox ağladı..səndən danışdı, səsinə həsrətindən danışdı…onun da gözü yollarda. sənsiz nə hallara düşüb…heç səsini belə tanımadım, hər sözü qırıq..mənə qızım dedi =(
Nəfəsim mənim, sənsiz nəfəsim çatmır. gözüm yuxu görmür..yalvarıram hər gecə Allaha, yalvarıram ki bircə dəfədə olsun səni yuxumda görüm, əlini tutum, səsini eşidim. Qucaqlayım, istiliyini hiss edim. Sənə səni hələ də sevdiyimi deyim. SƏNİ SEVİRƏM. Sevgilim, səni çox sevirəm, amma kaş bu qədər sevməzdim. Kaş bu qədər darıxmazdım. Sən də mənim üçün darıxırsanmı? Nə olar yuxuma gir. Gəl yuxuma…əlimi tut, məni sevdiyini de.


Yenə ilk görüşümüz yadıma düşdü. Məni dəniz qırağına aparmışdın, o dənizlərdə bal ayına gedəcəyimizi söylədin…"Bir qızımız olacaq, sən ana mən ata, dünyanın ən xoşbəxt ailəsi olacayiq" deyib söz vermişdin…
O səsin üçün darıxmışam. O gözlərin üçün darıxmışam…sanki itirdim o gözlərdə..
sənə çox ehtiyacım var..donuram. qayıt mənə əsgərim, nə olar qayıt…yalvarıram qayıt mənə ruhum mənim…ruhsuz qalmışam. Niyə qoyub getdin axı?


Əsgərim mənim, gəlmişəm səni görməyə, görürsənmi məni? uzanmışam məzarının üstündə…ağrıyıram..ağlıyıram..bu bitən güllər mənim gözyaşlarımla bitir..
Ruhum mənim, səni qoyub getmək istəmirəm..çox uzaqlardasan, çox əzablardasan, çox soyuqlardasan, çox yağışlardasan bu torpağın altında…nə olar qayıt mənə…nə olar əsgərim mənim, qayıt mənə..sənsiz qalmışam..nə olar qayıt...



[Bir il öncə ona yazdığım son məktubdu. biri məndə, biri isə məzarının üzərində idi..amma küləklər apardı...]


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 138 Bölmə: Sevgi varmı?
loading...