Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gelincik

60 il bir yerdə ömür sürmüş ər-arvad bu
illər ərzində heç nəyi gizli saxlamır, bütün
sirlərini bir-birilə bölüşürlər. Aralarında
yeganə sirr olaraq qalan bir ayaqqabı
qutusu olur. Qadın həyat yoldaşından
qutunu yalnız o dünyasını dəyişdikdən
sonra açmağı xahiş edir. Günlərin bir günü
qadının vəziyyəti ağırlaşır, əri ondan
qutunu açmağa icazə verməsini xahiş edir.
Qadın razılıq verir. Qutunun içindən bir
cüt gəlincik və 6000 manat pul çıxır. Kişi
bunların nə məna daşıdığını soruşduqda
qadın deyir:
-60 il əvvəl sənə ərə gələrkən anam mənə
belə bir nəsihət etdi:"Səbirli və təmkinli ol.
Ərin sənə hirsləndiyi zaman ona bir söz
demə, bir gəlincik düzəldib qutunun içinə
qoy."
Əri özündən razı halda gülümsəyib deyir:
-Deməli, bütün bu müddət ərzində səni
cəmi iki dəfə hirsləndirmişəm, bu ku çox
yaxşıdı.
-Bəs, o pullar barədə bir şey soruşmaq
istəmirsən?
Kişi təəccüblə soruşur:
-Yaxşı yadıma saldın, bəs bu qədər pul
səndə hardandı?
Qadın dərindən ah çəkərək cavab verir:
-Onlar satdığım gəlinciklərin pullarıdır.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 52 Bölmə: Sevgi varmı?
loading...