Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YENE DARIXIRAM SENDEN XEBERSIZ....

Yenə darıxıram səndən xəbərsiz...
Sən başqa dünyalarda, yad düyğularda
Sadəcə dostluğumda...məndən uzaqda
Urəyimdən, hislərimdən xəbərsiz...
Mənsə sənli xəyallarda...
Əlimdə bir siqaret – zəhərində mən,dumanında sən
Ruhum sənsiz....
Yenə darıxıram səndən xəbərsiz....

Yenə qarşılaşırıq eyni dəhlizdə..
Toxunuram çiyninə guya bilməzcə
Yenə rola girirəm,guya özümü itirirəm
Sirf gözlərinin içinə baxaraq üzr istəyim deyə...
Üzünə tökülüb cox sevdiyim sarışın telin
Həmişəki kimi gülümsəyir gözəl gözlərin
Yenə aramıza sədd cəkdi siz və biz
Yenə darıııxıram səndən xəbərsiz...

Yenə gecə düşdü.. ay pəncərəmdə
Boyandı otağım xəyalını etdiyim rəngdə
Yenə yatağıma iki balış qoydum...
Biri məlum mənim,biri məchul sənin
Əllərim gəzdi o boşluqda..səni axtararaq
Bilirsən nə istədim ey gözəl varlıq ?
Saatlarca nəfəs belə almadan sən yatarkən səni seyr etməyi...
Məsum üzünü, yuxuda ikən uşaq kimi gülümsəyən incə dodaqlarını, xumarlanmış gözlərini...
Bəlkə də ,heç görmədiyim,amma xəyalını eydiyim incə bir xalını..gözəl simanı
Hə əzizim...mən bunu istədim səbrsiz...
Yenə darıxıram səndən xəbərsiz...
Yenə dinlədiyim mahnılarda səni axtarıram
Sənə göndərirəm ki,bəlkə nəsə anlayasan...
Yenə sarsılıram mənə yazdıqlarını oxuduqda
“Çox sag olun,mən eynilə belə bir mahnı axtarırdım biri üçün )”
Yox yoooox,qaytar geriiii.Mənim sənə hisslərimdi o mahnılar ((
Eşidirsəəən?
Sənə verdiyim hisslərimi özümə qaytar...
Özümə....
Hec zaman mənim olmayacaq mələyim...
Yenə dinləyirəm həmin mahnını səssiz səmirsiz...
Yenə darıxıram səndən xəbərsiz...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Sevgi varmı?
loading...