Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siz Bunları Yaşadınızmı?

Heç bezdinmi həyatdan?
Hər kəsdən, hər şeydən uzaqlara qaçmaq
istədiyin anlar oldumu?
Yoruldunmu heç?|
Üzərindəki məsuliyyətdən, dərslərdən, işdən,
yalan gülüşlərdən, bir-birinin ardınca gələn
problemlərdən?
Heç tənha hiss etdinmi özünü? Dostlarının
əhatəsində olarkən belə... Onların
danışıqları, söhbətləri maraqsız və
mənasız gəldimi sənə?
Bir səhifəni saatlarca oxumağa çalışdığın
oldumu bəs? Gözün kitabda ikən
düşüncələrin səni uzaqlara apardımı?
Sonra bu düşüncələrdən də qaçıb, heç kim
və heç nə barədə düşünməmək istədinmi?
Həzin bir musiqini dinlərkən hönkürtü ilə
ağladınmı heç?
Bir mahnının və ya şeir parçasının
sözlərində özünü tapdığın oldumu? |
Gecələr balıncını göz yaşlarınla
islatdınmı?
Yalan gülüşün nə qədər çətin olduğunu
bildinmi heç?
Içindəki acını gizlədərək ətrafdakıların,
hətta dostlarının belə “necəsən?” sualına
“yaxşı, hər şey əladır” deyib yalandan
güldünmü?
Güclü olmaqdan, güclü görünməkdən
yoruldunmu heç?
Içindəki acını hər kəslə paylaşıb,
gözyaşlarını gizlətmədən axıtmaq, əslində
nələr yaşadığını, nə qədər qırıqqəlbli biri
olduğunu söyləmək istədiyin anlar oldumu
bəs?
“Olmaz, bu da keçib gedər” deyib daha bir
yalanla aldatdınmı özünü? Bir gün bu
yalanına da inanmadığında həyatdan
bezdinmi?
Içində keçib getmək bilməyən o acı ilə bitib
tükəndinmi heç?
Yeganə çıxış yolu ölümdür dediyin necə,
oldumu? “Yox, bu böyük bir günahdır” deyib,
“ həyat gözəldir” deyə yaşamağa davam etdinmi
Amma... Bir gün həyatın heç bir gözəlliyini
duymadığını, hər şeyə həvəsinin öldüyünü,
sənin üçün hər şeyin maraqsız və mənasız
olduğunun fərqinə vardınmı?
Üzərində yorğunluq hiss etdinmi? Günah
olduğunu belə unudub yenidən intiharı
düşündünmü? Buna cəhd etdinmi?
Siz bunları yaşadınızmı? Mən bunları hər gün yaşayıram...


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Sevgi mesajları
loading...