Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təslim Olma !!!

Döyüşdə ağır yaralı əsgər kimi sürünürəm,
Cərrahın əlindəki ürək kimi döyünürəm. Ruh aparan
Göyərçin kimi görünürəm. Tənhalığıma bürünürəm.
Görmədiyinizi görməyimlə öyünürəm. Yıxılıram, yürüyürəm.

Fikir çəkəndə ilham pərisi öpür qələmin ucunu,
Dua edirəm ki, buraxılım. Tanrı mövzu tökür ovcuma.
Dostlarım kağız, qələm. Zibil! Yaşayıram hələm!
Nə şairəm, nə yazıçı. Beyin üçün möhkəm mühasirəm.

Bəs kiməm? İmtahanların nəticəsi nədir? Lazımmı?!
Evdən qaçım? Ailədən uzaqlaşım ki, yenə əvvəlki kimi yazım?!
Köhnə səhifələr yandırır məşəli, şöləsində tövbə edirəm,
Şeytan qapımda növbə çəkir, kölgəmlə söhbət edirəm.

Yaşatmır bu sistem. Yaşadır pleylistim!
Fərqlənir kəskin hər aldığım nəfəs. Musiqi əbədi həbsim!
İnqilabım daxilimdə divarları bir-bir aşırdır.
Çətinlik uğurun başıdırsa, təslim olanlar naşıdır!


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 51 Bölmə: Sevgi mesajları
loading...