Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cavab Gozlemirem

Hər gecənin bir sabahı var...Sabah gəldi,amma gəldiyi kimi də getdi...yerini zülmət gecəyə verdi...Yenə gecə,amma artıq sabah yoxdu...sabah olmasi üçün Günəş lazımdı..Sən günəşi də özünlə apardın..Mənə Ayı görünməyən gecə qaldı...gecə..Tənhalıq...Sən yox Sənli xatirələr...Mənə qalanlarla yaşamağa çalışacam...Amma bilirəm...Sənsiz Olmayacaq...”

48 gün sonra....

Sənsiz olmayacaq...Olmur...Unudulmursan...Yenə..Ehhh yenə...Yenə də Səni sevirəm...Bu günlər ərzində arada olan dialoqlar – mübahisələr,sevgi sözləri,giləylər,hamısının sözlərini əzbərləmişəm...O qədər təkrar gedirlər ki...Hər sözün təkrar – təkrar qulağımda səslənir...
“ Mən səni yalandan sevmədim.Bütün varlığımla Səni sevdim...” – sənin sözün...
Kaş yazsaydım ki,”Mən də Səni sevirəm” Amma yazmadım...Çünki mən qorxağam...

Sənin sözün: ” Həyatımda ilk dəfə həqiqətən birini sevdim,amma mənim olmadı, ya da olmaq istəmədi,amma mənim olmayacağını bilə - bilə sevirəm...”

“ Mən də həyatımda ilk dəfə birini – səni sevdim və hələ də sevirəm...Olmaq istəmədi yox istəklər gerçəkləşmədi...İlk sevgi uğursuz olarmış..Bizimki ugursuzluq deyildi....Mənim səhvlərimin nəticəsi idi...Biz demək üçün elə darıxmışam ki...Sənin üçün darıxmışam...”
Amma bu sözləri sənə yazmadım...Niyə bilmirəm..Bəlkə etirafdan qorxdum...

“ Sənin üçün çoox darıxmışam.seni sevirem” – yenə sənin sözün..

“Bilsən mən necə darıxmışam...Bu günlərdə necə yaşamışam..Heç özümdə bilmirəm..Səni dəli kimi sevirəm..Mən düzəlməyəcək dəliyəm..”
Bu sözləri də sənə yazmadım ... Səbəb yoxdu əslində var , ama bilmirəm...

Hər 3 dialoqu sən başlatdın...Düşünürsən ki səni axtarmıram..Səni axtaranda sənə yazmıram,çünki Səni qəlbimin dərinliklərində tapıram...Səni kənardan seyr etməklə keçinirəm...

Sənin sözün: “mən+sən=hecne”
Mənim sözüm: “Biz sorry men ve sen heç nə də bir şeydi biz heç nənin heç nəsiyik..”

Yenə də gerçəkləri gizlətmişəm..Mən bu sözü necə yazmışam,necə əlim gəlib? Bir söz deyim,ürəyim,məni heç kimlə müqayisə etmə.Mən mən olmaq istəyirəm. “ Kaş onun kimi olsaydın “sözlərini xoşlamıram..Mənə mən oldugum üçün dəyər ver,onda da heç dəyər verməyəcəksən...Sənin üçün artıq problemdən başqa heç nə deyiləm...
Biz daha doğrusu mən və sən heç nə deyilik..Mən heç nəyəm düzdü,amma sən çox şeysən...Sən...yox heç nə demirəm...Sən sənsən elə..İfadə edə bilmirəm səni...Sənə qarşı olan hisslərimi...

Deyilməmiş sözlər,silinməmiş yaşlar,qəlbdəki sevgilər,gerçəkləşməyən arzular qaldı bu sevgidən...Səbəbkarsa qorxaq bir qız – mən...Sevgidən qorxurdum,sevdim...Bitməyindən qorxurdum,bitdi...Mən də bitdim artıq...Tükəndim....
“Səni axtaranda tapmayacağıma,tapanda çatmayacağıma görə özümü itirməyə qərar verdim” – mənim sözüm...Amma bu dəfə sənin cavabını gözləmirəm...Gedirəm...

İmza: Sənin fikrinə görə xəyallarda yaşayan bir qız...

Fikirləriniz...


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 221 Bölmə: Sevgi mesajları
loading...