Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Sevginin Sonu Yoxdur Onsuzda...

Ey həyat, uzağ et, dərdi qəmini,
Bizim dərd, qəmimiz çoxdu onsuzda.
Hər ikimiz bunu yaxşi bilirik,
Bu sevginin sonu yoxdu, onsuzda.
Boş xəyallar qurub, danışmalıyıq?
Bu acı qismətlə barışmalıyıq,
Mən onsuz, o mənsiz, alışmalıyıq,
Bu sevginin sonu yoxdu onsuzda.
Özgəsinə sala bilmərik meyil,
Unutmarıq ötsə zaman, keçsə il,
Yolumuz ayrıdır, qovuşan deyil,
Bu sevginin sonu yoxdu onsuzda.
Nə deyəsən axı belə qismətə,
İşığlı yolumuz döndü zülmətə,
Sonda təslim olduq acı həsrətə,
Bu sevginin sonu yoxdu onsuzda.
Olmadıq həyatda bir an bəxtiyar,
Mən ona sevgili, o da mənə yar,
"Sevirəm" söyləsək, nə faydası var?
Bu sevginin sonu yoxdu onsuzda.
O gözləri yaşlı, mənsə bicare,
Ancaq bircə yol var, bircə işarə,
Dərdimizə yalnız ölümdü çarə,
Bu sevginin sonu yoxdu onsuzda.
Qismət belədirsə, nə etsin ürək?
Mən ona gərəyəm, o mənə gərək,
Yarı yolda qalan o sevgilər tək,


Bu sevginin sonu yoxdu onsuzda..


Tarix: 27.01.2015 / 13:28 Müəllif: Aziza Baxılıb: 151 Bölmə: Sevgi şerləri
loading...