Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevdimmi,sevdim necə,

Sevdimmi,sevdim necə,
Gün doğandan batana,
Sözlərim,xəyallarım,
Döndü sənin adına,
Yuxumda da,hər gecə,
Yandım,sevgi oduna….

Nə hislər,nə də,sözlər,
Yetməz yazım,danışım,
Sevdimmi,sevdim necə,
Bilməz dostum,tanışım,
Gün doğandan batana,
Yuxumda da,hər gecə…

Daima,mənəm yanan,
Bir nəfəsdə alışıb,
Ürəkdə qovrulmayan,
Sözlərimə qarışıb,
Dost tanışa dedikcə,
Sevmədim adlı yalan,
Ürəyimi yandırır,
Daima,mənəm yanan…

Sarıldım dizlərimə,
Qucaqladım dünyanı,
Rast gəldim izlərinə,
Gəzdim sahibi hanı?
Bəzən də,ruhdan düşdü,
Sahib gəzən gözlərim.
Saçlarıma dən düşdü,,
Sənsiz qalan izlərin…..

Mən də,sevdim beləcə,
Ürəyimdə bəslənən,
Bitmək bilməyən sevgi,,
Gah,yol verdi sevincə,
Gah,yol aldı kədərdən,
Yadıma düşür hərdən,
Yuxumda da,hər gecə,
Sevdimmi,sevdim necə,

Sevdinmi,sevdin necə,?
Soruş ki,sənə deyim,
Sevdim səni gizlicə…
Nə dost bildi,nə tanış…
Nə yuxum,nə də,gecə,…


Tarix: 26.12.2014 / 12:30 Müəllif: Aziza Baxılıb: 125 Bölmə: Sevgi şerləri
loading...