Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənsiz yaman darıxmışam!

Ürəyimdə suxurlanmış məhəbbətin izlərini,
Baxışınla yaşadarsan ilk eşqimin bənzərini,
Bu dünyaya dəyişmərəm şəfəq saçan gözlərini,
Od almışam sifətindən , axıb sənə qarışmışam
Sənsiz yaman darıxmışam!

Bir haray var gəncliyimdə, qoyammıram ona bir ad
Gör nədəndir? Eşqimizdən ərşə qalxıb nalə,fəryad
Bu ayrılıq günlərində bircə kərə olsaydıq şad,
Deyə bilməm, bəxti kəməm, dərdli-qəmli yaranmışam
Sənsiz yaman darıxmışam!

O gülüşün nə şirindir, həsrətinsə yaman çətin
Mən soyuyub buza döndüm, qızdırarmı hərarətin?
Bir gizlicə, bir alovlu, bir bəlalı məhəbbətin
Alovunda tüstülənib, yanıb-yanıb kül olmuşam
Sənsiz yaman darıxmışam!

Elə bilmə sakit-sakit inildəyən mən bir nəyəm,
Elə bilmə saçlarına sığal çəkən bir küləyəm,
Uzaqdasan...Xəyalınla yaşayıram , elə bil ki səninləyəm
Harda olsam səni hər an düşünməyə çalışmışam
Sənsiz yaman darıxmışam!


Tarix: 22.11.2014 / 23:21 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Sevgi şerləri
loading...