Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Unutmayacağım sənsən
Unutmayacağım sənsən

Qayıdacaqsan...
Kədər ürəyini vurub yıxanda
Gecələr tənhalıq səni boğanda
Tək tənha otaqda yalnız qalanda...

Anlayacaqsan...
Səni nə çox sevdiyimi,
Sən özgəylə güldüyün an
Qısqanıb da, öldüyümü...

Gələcəksən...
Görüşdüymüz o yerlərə,
Düşəcəksən qəm-kədərə
Bir dəfə yox, mincə kərə!

Yazacaqsan...
Sən hər gecə yazıb pozub
Hislərini sən hopdurub
Uzaqlara neçə məktub...

Görəcəksən...
Çıxış yolub daha qalmır,
Ürəyin də üsyan edir
Məni ordan heç.buraxmır...

Oxuyarsan...
Bu şeri də sənə yazdım,
Kövrəlmədim...
Lap azacıq mən ağladım
Dəyişmədim, sənə olan bu sevgini,
Bil , saxladım...

Susacağam, yazacağam
Yollarına baxacağam
Bir gün əlbət sən dönərsən
O an isə... sən tərəfə baxmayacam...

Məndə qürur qoymadın sən,
Bu kədəri tək çəkdim mən
Nə xoşbəxtlik deyirsən sən?
Bizim üçün deyildi o...

Və bitirdim...
Hey yazdıqca mən yazacam,
Için-için ağlayacam
Məni öldür, amma bil ki
Səni ...UNUTMAYACAM!

Əhəd Əhədli


Tarix: 29.04.2015 / 11:42 Müəllif: Aziza Baxılıb: 380 Bölmə: Sevgi şerləri
loading...