Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnanma!
İnanma!

Bir gün, unutmuşam, desələr sənə,
Gözümə baxmamış gözün, inanma!
Həsrət şərabını versələr sənə,
Yenə seç əyridən düzü, inanma!

Mən səndən sevgimi gizlətmədim heç.
Qırsam da qəlbini günahımdan keç.
Ya çılğın eşqimiz, ya ayrılıq! Seç!
Yerimi verməyər yüzü, inanma!

Bilirəm, bu sevda zamansız oldu,
Dostlar düşməndən də amansız oldu!
Desələr: "O, sənə vəfasız oldu!”
Yalandır onların sözü, inanma!

Qısqanclıq əlindən odda yansalar,
Səni sevdiyimi səndən dansalar,
Bu təmiz eşqimi oyun sansalar,
İnanma, sevgilim, özün inanma!l


Tarix: 29.04.2015 / 11:34 Müəllif: Aziza Baxılıb: 277 Bölmə: Sevgi şerləri
loading...