Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cix get

Apar ümüdləri məndən uzağa
Onlara qanad ver,quş elə çıx get
Qəlbləri üşüdən soyuq sazağa
Məni işarə ver,tuş elə ,çıx get

Bezdim ayrılığın dərdi—sərindən
Nə qədər gizli ah çəkdim dərindən
Bu eşqin qəm dolu meyvələrindən
Dad biraz mənim tək,nuş elə çıx get

Sevincim durudu,kədərim qatı
Çapır uzaqlara bəxtimin atı
Röyada gördüyüm sənli həyatı
Yaz edə bilmədim,qış elə çıx get,

Gedirsən.....son dəfə əlimi tutma
Sal hərdən yadına,məni unutma
Bircə gözlərimin yaşın qurutma
Öpdüyün yanağı yaş elə çıx get.


Tarix: 27.01.2015 / 13:59 Müəllif: Aziza Baxılıb: 187 Bölmə: Sevgi şerləri
loading...