Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AGLARAM, DİNDİRMƏ MƏNİ

İçimdə bir ağrı, acı,
Ağlaram, dindirmə məni.
Əsir düşüb başım tacı,
Ağlaram, dindirmə məni !


Qarabağım tapdaq altda,
Neçə ildir qalır hələ.
Gör bir yaram neçə qatda ?
Ağlaram, dindirmə məni !


Hanı Laçın, hanı Şuşa ?
Mərd namərdlə durdu qoşa.
Bu dərd ilə Arif yaşa,
Ağlaram, dindirmə məni !


Ayrı düşdüm o yerlərdən,
İzim qaldı o yerlərdə.
Özüm də küsdüm özümdən,
Ağlaram, dindirmə məni !


Xəritəyə baxanmıram,
Düşmən girib sinəmizə.
Qılınc qına taxanmıram,
Ağlaram. dindirmə məni !


Qoy dərdimə özüm yanım,
Yaddan bizə yanan olmaz.
Qoy qılıncı özüm çalım,
Ağlaram, dindirmə məni !


Tarix: 27.01.2015 / 13:27 Müəllif: Aziza Baxılıb: 88 Bölmə: Sevgi şerləri
loading...