Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyat!!!!

Həyat

Həyat yerlə göy arasında sıxışıb qalmaqdır,
Keçmişdən dərs alıb, gələcəyə uzanmaqdır.
Həyat bizə verilən məhdud bir zamandır,
Əslində bizim üçün çətin bir imtahandır.

Həyat çətinlikli bir imtahandır,
Ölüm zənginin çaldığı andır.
Həyat candır canandır,
Allaha qul olmağındır.

Həyat yaşayarkən yatmaqdır,
Ancaq ölümlə oyanmaqdır.
Həyat bir qəflətə dalmaqdır,
Özündən intiqam almaqdır.

Həyat yoxuşa dırmaşmaqdır,
Hər şeyi haqqla almaqdır.
Həyat günahlara dalmaqdır,
Sonra dönüb peşman olmaqdır.

Həyatında tənhalığa qapılan,
Ümidsiz, çarəsiz qalan,
Sən təki Allaha inan,
Allah səninlədir hər zaman.

Həyat gəldi gedərdir,
Ölüm də gəldim demir.
Həyat çox fanidir,
Ölüm isə anidir.


Tarix: 27.01.2015 / 12:33 Müəllif: Aziza Baxılıb: 149 Bölmə: Sevgi şerləri
loading...